SON XƏBƏRLƏR

Milli fəallar Təbriz zindanında aclıq aksiyası keçirir

2022.08.19, 04:38
Milli fəallar Təbriz zindanında aclıq aksiyası keçirir

Gunaz.tv

Bu barədə Yaşar Piri Təbrizin Şəhid Beheşti adına Ümumi və İnqilab Prokurorluğundan çıxdıqdan sonra ailəsi ilə qısa telefon danışığı zamanı məlumat verib.

O, başqa milli fəal Siyavuş Əlizadə ilə birlikdə barələrində açılan qondarma cinayət işinə etiraz olaraq açlığa başlayıb.

Qeyd edək ki, məhkəmənin 200 milyon tümənlik girov müqabilində azadlığa çıxmasına dair qərarına baxmyaraq ETTELAAT məhkəmə hökmünə əhəmiyyət vermir. Fəallar həm də buna etiraz edir.

Fəallar Təbrizin Ümumi və İnqilab Prokurorluğunun 7-ci bölməsi tərəfindən ittiham edilib və Təbriz zindanının karantin bölməsinə köçürülüblər.

Onlar qısa telefon danışığı zamanı saxlanma səbəbləri və nədə ittiham olunduqları barədə məlumat verə bilməyiblər.

Qeyd edək ki, Yaşar Piri avqustun 17-də Təbrizdə Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin yerli bölməsinə çağrıldıqdan sonra saxlanılıb.

Yaşar Piri bundan öncə də dinc fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və həbs, şallaq cəzasına məhkum edilib.

Onun qardaşı Ruzbeh Piri hal-hazırda Təbriz zindanında 3 il 8 aylıq həbs cəzasını çəkməkdədir.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar