SON XƏBƏRLƏR

Milli fəallar Əkbər Əbülzadə və Əmir Səttari sərbəst buraxılıblar

2023.02.09, 11:58
Milli fəallar Əkbər Əbülzadə və Əmir Səttari sərbəst buraxılıblar

Gunaz.tv

Əbülzadə iyunun 7-də Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində həbs edilib və iyulun 20-də Təbriz zindanına köçürülmüşdü.

12 noyabr 2015-ci ildə dinc etiraz aksiyalarına qoşulduğu üçün saxlanılan milli fəal 1 sentyabr 2018-ci ildə Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin son qərarı ilə 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi. 

Əmir Səttari isə 21 iyul tarixində təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq ETTELAAT-ın təcridxanasına aparılmış və Kiberməkanda telekommunikasiya sistemləri vasitəsilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək" ittihamı ilə günahkar bilinərək həbs cəzasına məhkum olunmuşdu.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar