SON XƏBƏRLƏR

Əyyub və Davud Şiri qardaşları müvəqqəti azadlığa buraxılıb

2022.06.02, 17:57
Əyyub və Davud Şiri qardaşları müvəqqəti azadlığa buraxılıb

Gunaz.tv

Mayın 19-da saxlanılan qardaşlar dindirildikdən sonra mayın 31-i, yerli vaxtla saat 21:30-da Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin Təbrizdəki bölməsinin təcridxanasında Təbriz zindanına köçürülmüşdülər. 

Təcridxanada saxlanıldıqları vaxtdan bu günə kimi fəalların nədə ittiham olunduqları barədə hər hansı açıqlama verilməyib.

Qeyd edək ki, mayın 19-u axşam saatlarında Əyyub Şiri özünün iş yerində, Davud Şiri isə məsciddə keçirilən yas mərasimindən çıxdığı zaman həbs olunub və naməlum yerə aparılıblar.

Bundan öncə Şiri qardaşları 6 aylıq həbs cəzalarını Təbriz zindanında çəkdikdən sonra 23 avqust 2021-ci ildə sərbəst buraxılmışdılar.

Hər iki qardaş bundan öncə milli-mədəni fəaliyyətlərinə görə, habelə ictimai aksiyalara qatıldıqları üçün saxlanılıb və dindiriliblər.

Cavidan 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar