SON XƏBƏRLƏR

“Azadlıq, ədalət, milli hökumət”- Milli Hərəkat fəalları İrandakı son hadisələrlə bağlı bəyanat yayıb

2022.05.15, 06:31
“Azadlıq, ədalət, milli hökumət”- Milli Hərəkat fəalları İrandakı son hadisələrlə bağlı bəyanat yayıb

Gunaz.tv

“Ölkənin hazırkı vəziyyətdə bütün sahələrdə böhranla üzləşməsi, daxili və xarici təzyiqlərin çoxalması və habelə son 44 ildə ən ağır iqtisadi şəraitin yaranması xalqa dözülməz çətinlilklər yaşadıb”-deyə, bəyanatda bildirilir.

Azərbaycan Milli Hərəkatı xalqın içindən çıxdığını, onun dərdlərini və problemlərini dərindən hiss etdiyini, bütün şəraitlərdə onun yanında olduğunu bəyan edib.

“Azərbaycan Milli Hərəkatı hər zaman olduğu kimi Azərbaycan xalqının və başqa zülm altında olan xalqların yanında olmağı özünün insani vəzifəsi hesab edir və onların onların haqlı istəklərini dəstəkləyir.

İnqilabın ilk günlərində xalqı ən yüksək insani məqama çatdırmaq məqsədi daşıyan şüar və idealların əksinə, indi 43 ildən artıq müddətdə xalqın bütün sahələrdə geri saxlanıldığını, vədlərin özünü doğrultmadığını görürük. 

Bu gün dövlət mafiyası və talançı hökumət başçıları öz xeyirlərinə və xalqın ziyanına işləyir, öncədən hazırlanmış layihələri həyata keçirir, xalqa qarşı əsir münasibəti göstəri, onu öz mənafelərinin girovuna çevirirlər”-bəyanatda belə deyilir.

Hərəkat fəalları hesab edir ki, bir sıra sərmayəçilər və iqtisadi mafiya qrupları yalnız özlərinin və hakimiyyətin mənafeyini düşünür və zülmə məruz qalmış xalqa qarşı daha böyük cinayətlər törədir, xalqı dəstəkləmək əvəzinə ona qarşı çıxırlar.

“Onlardan xalqın yanında olmağı istəyir və xatırladırıq ki, xalqın yanında olmasalar hakimiyyət onları daima ayaq üstə saxlaya bilməyəcək.

Bütün bunları və Azərbaycan xalqının mənafeyini və böhrandan sonra gələcəkdə baş verə biləcək dəyişiklikləri nəzərə alaraq, Azərbaycan Milli Hərəkatı bütün etniklərin haqlı istəklərini dəstəklədiyini, etirazçıların yanında olduğunu bəyan edir və “Azadlıq, ədalət, milli hökumət” şüarının həqiqətə çevirləcəyinə qədər çalışacağını bildirir.

Yaşasın vətən, yaşasın ədalət!”-bəyanat bu sözlərlə bitir.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar