SON XƏBƏRLƏR

Gimnasika üzrə güneyli çempion İran yığmasından çıxarılıb

2022.06.13, 09:04
Gimnasika üzrə güneyli çempion İran yığmasından çıxarılıb

Gunaz.tv

Əmirrza Misgəri bu barədə özünün sosial media hesabında paylaşım edib.

2011-2017-ci ilılər arası trampulin üzrə ard-arda İran çempionu olan Misgəri 2017-ci ildə Flippində keçirilən Asiya yarışlarında 3-cü yeri tutub.

"20 il gimnastika üzrə fəaliyyət göstərib və 10 il milli komandada olmağıma baxmayaraq məsullardan heç biri mənimlə maraqlanmayıblar. Görəsən bu ölkə niyə bu gündədir. Nə üçün məni 20 il həyatımı həsr etdiyim idmandan nifrət etmək səviyyəsinə çatdırıblar"-deyə, Əmirrza Misgəri bildirib.

Qeyd edək ki, may ayının əvvəllərində İran millisinin keçmiş cüdoçusu Səid Mövlayi 3 illik müqavilə əsasında Azərbaycan millisinin tərkibinə qatılıb.

Bununla yanaşı aprel ayında İranın avarçəkmə üzrə milli komandasının üzvü Bəhmən Nəsiri də Azərbaycan Respublikasına mühacirət edib.

Əslən Güney Azərbaycanın Zəngan şəhərindən olan idmançı müxtəlif beynəlxalq yarışlarda qızıl medallar qazanıb.

İranlı idmançıların Azərbaycan Respublikasına köçməsi İran hökumətinin idman sahəsinə və çempionlara yetərli diqqət ayırmaması ilə əlaqədar olduğu yazılıb. 

Güneyli idmçançı Əmirrza Misgərinin yaxın çevrəsi onun Azərbaycana köçə biləcəyi və Azərbaycan bayrağı altında çıxış edəcəyi ehtimalının yüksək olduğunu bildirirlər.

Cavidan 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar