SON XƏBƏRLƏR

Binabda aqrar sektor böhran keçirir: Əkinçilər müflis olmaq ərəfəsindədir

2021.12.24, 14:31
Binabda aqrar sektor böhran keçirir: Əkinçilər müflis olmaq ərəfəsindədir

Gunaz.tv

Bu barədə Binab şəhərinin İran parlamentindəki nümayəndəsi Məhəmməd Baqiri Binabi açıqlama verib.

Bölgənin əsas kənd təsərrüfatı məhsullarından olan soğan istehsalçılarının ağır durumda olduğunu və məhsulun ixracı ilə bağlı problemlərin yarandığını deyib.    

Millət vəkilinin dediyinə görə, hal-hazırda mövcud ixracat problemləri səbəbindən Binab əkinçilərinin 60 min ton soğanı yığılıb qalıb və onlar müflis olmaq təhlükəsiz qarşısındadırlar. 

Baqiri deyib ki, problemin həlli və əkinçilərin böhrandan çıxması üçün dövlət zəruri addımlar atmalı, yığılıb qalan məhsulun satışı, ixracı ilə bağlı əlverişli şərait yaradılmalıdır. 

Qeyd edək ki, 150 min nəfər əhalisi olan Binab Şərqi Azərbaycan əyalətinin cənubunda, əyalət mərkəzi Təbrizin 110 kilometrliyində yerləşir. 

Kənd təsərrüfatının bölgənin əsas iqtisadi gəlir qaynaqlarından biri olmasına baxmayaraq, dövlətin bu sahədəki yarıtmaz siyasəti Binabın inkişafına, əhalinin istehsal sahəsindəki iqtisadi səmərəliliyinin artmasına mane olur. 

C.E

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar