SON XƏBƏRLƏR

Binabda müəllim çatışmazlığı var

2021.10.20, 07:36
Binabda müəllim çatışmazlığı var

Gunaz.tv

Hüseyn Parsamehr mətbuata verdiyi açıqlamada bölgədə müəllim çatışmazlığının təhsil sahəsinin ən ciddi problemlərindən birinə çevrildiyini deyib.

O, oktyabrın 4-də mətbuat nümayəndələri ilə görüşündə müəllim çatışmazlığı ucbatından tələbələrdən və təqaüdə çıxmış müəllimlərin xidmətindən istifadə etməyə məcbur olduqlarını bildirib.

H.Parsamehr bununla yanaşı məktəblərin texniki avadanlığı, şagirdlərin tablet və başqa məktəb ləvazimatlarının çatışmadığını deyib.

O, bu problemin bir hissəsinin yerli xeyriyyəçilər tərəfindən həll olunduğunu söyləyib.

Qeyd edək ki, Şərqi Azərbaycanın cənub-qərbində yerləşən 140 min nəfərlik Binab mahalında 27 min şagir təhsil alır.

Hazırda mahalda rəsmi olaraq 1800 təhsil işçisi fəaliyyət göstərir.  

C.E
 

2500 دانش آموز در بناب فاقد گوشی هوشمند هستند/ کمبود 110 نیرو خدماتی در  آموزش و پرورش بناب | بناب نیوز

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar