Çində mövsümi yağışlarla əlaqədar fövqəladə hazırlıq səviyyəsi artırılıb

2020-07-04 16:37

Çində mövsüm yağışlarının törətdiyi sel və daşqın təhlükəsi ilə əlaqədar fövqəladə hazırlıq səviyyəsi 4-cü dərəcədən 3-ə yüksəldilib.

Gunaz.tv Quote | Gunaz article

AZƏRTAC xəbər verir ki, mövsümi yağışlarla əlaqədar daşqınlarla mübarizə, qəza-xilasetmə işləri və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə işlər hazırda həlledici mərhələdədir. Ölkə rəhbərliyi məsələni nəzarətə götürüb. Təbii fəlakət bölgələrində əhalinin təxliyəsi, leysanın törətdiyi fəsadların nəticələrinin aradan qaldırılması üçün bütün qüvvələr səfərbər olunub.


Siçuan vilayətində iyunun 26-dan başlayan leysanın əmələ gətirdiyi daşqın, sel, torpaq sürüşməsi və palçıq axını nəticəsində ölənlərin sayı 19-a çatıb. Üç nəfər isə itkin hesab olunur. Şiddətli yağışların ən çox ziyan və tələfat törətdiyi Miennin qəzasında təbii fəlakətin nəticələrinin aradan qaldırılması və axtarış-xilasetmə ilə yanaşı, əhalinin ərzaq, su və zəruri ehtiyac duyulan vasitələrlə təmin olunması, habelə COVID-19 pandemiyası ilə əlaqədar dezinfeksiya işləri də aparılır.


Qeyd edək ki, mayın son günlərindən başlayaraq Çində mövsümi yağışlar ciddi fəsadlar törədib. Çay, göl və su anbarlarında suyun səviyyəsi təhlükəli həddə çatıb. Təbii fəlakət minlərlə sakinin təxliyə edilməsinə səbəb olub. Ölkənin 13 bölgəsində təxminən 12 milyon nəfər mövsümi yağışların fəsadlarından ziyan çəkib.


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağalıb, 241 nəfər yoluxub, 6 nəfər vəfat edib

2020-08-03

gun az article

Türkiyədə terror aktı planlaşdıran qrupun üzvləri zərərsizləşdirilib

2020-08-03

gun az article

MN: Ermənilər Azərbaycanın Müdafiə Nazirliyi adına saxta "twitter" hesabı açıb

2020-08-03

gun az article

"Crew Dragon" kosmik gəmisi Florida yaxınlığında Yerə enib

2020-08-03

gun az article

General Polad Həşimov haqqında kitab nəşr olunub

2020-08-03

gun az article

Erməni əsilli Yaroslavl sakini Ermənistana hərbi texnika keçirmək cəhdinə görə həbs edilib

2020-08-01

gun az article

Pandemiyadan sonra Rusiyadan Türkiyəyə ilk müntəzəm aviauçuş gerçəkləşib

2020-08-01

gun az article

Fransada sürücü avtomobili insanların üstünə sürüb, 13 nəfər yaralanıb

2020-08-01

gun az article

Böyük Britaniyada karantin rejiminin yumşaldılması dayandırılıb

2020-07-31

gun az article

Azərbaycanda sutkalıq statistika – 714 nəfər sağalıb, 318 nəfər yoluxub, 7 nəfər vəfat edib

2020-07-31

gun az article

İlham Əliyev: “Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı”

2020-07-31

gun az article

Rəsmi Ankara: "BƏƏ Türkiyəyə zərbə vurmaq üçün çoxlu bədxah addımlar atır"

2020-07-30

gun az article

Azərbaycan-Türkiyə birgə təlimlərinin birinci mərhələsi keçirilir – VİDEO

2020-07-30

gun az article

Türkiyə HHQ-nin nümayəndələri Gəncəyə gəlib – VİDEO

2020-07-30

gun az article

Əfqanıstanda “Taliban”ın 9 döyüşçüsü öldürülüb

2020-07-30

gun az article

İlham Əliyev general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün göstəriş verib- FOTO

2020-07-30

gun az article

İlham Əliyev Qəbələdə məktəb tikintisinə 1,5 milyon manat ayırıb - SƏRƏNCAM

2020-07-30

gun az article

Amerika Bəşər Əsədin oğluna qarşı sanksiya tətbiq edib

2020-07-29

gun az article

Azərbaycanda daha 363 nəfər koronavirusa yoluxub, 8 xəstə ölüb

2020-07-29

gun az article

DTX: Terrorçuluqda təqsirləndirilən “Muxtar” ləqəbli şəxs Azərbaycana ekstradisiya olunub

2020-07-29