SON XƏBƏRLƏR

Mindən çox fransız kino xadimi İran etirazçılarına dəstək verib

2022.10.05, 11:18
Mindən çox fransız kino xadimi İran etirazçılarına dəstək verib

Gunaz.tv

Ümumölkə etirazlarına İranın və dünyanın məşhur incəsənət və idman xadimlərinin dəstəyi davam edir.

Son hadisələrdə Fransanın əhəmiyyətli sayda kinematoqrafları xalq hərəkatını dəstəkləyiblər.

Juliette Binoşe, Jak Audiar, Lea Seydo, Marion Kotillar, Isabelle Hooper, Alise Diop, Mişel Azanavissos və Julia Dukornu da daxil olmaqla mindən çox fransız kinematoqrafı bəyanat yayaraq iranlı qadınları və Məhsa Əmininin həbsdə öldürülməsi əleyhinə qarşı keçirilən vətəndaş etirazlarını dəstəkləyib. 

“Qadın, həyat, azadlıq” şüarını vurğulayan bəynat müəllifləri Məhsa Əmininin ölümünü “İran rejiminin cinayətkar zorakılığının” nəticəsi adlandırıb.

Onlar bunun “bütün İran şəhərlərində və dünyanın onlarla şəhərində etirazlara səbəb olduğunu yazıblar.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar