SON XƏBƏRLƏR

Türk dili fəalı Əlirza Fərşinin həbsxanada yeri dəyişdirilib

2021.10.20, 07:36
Türk dili fəalı Əlirza Fərşinin həbsxanada yeri dəyişdirilib

Gunaz.tv

Onlar həbsxananın 9-cu bölməsindən dini mərasimlərin keçirildiyi “Hüseyniyyə”sinə köçürülüb.

Başqa bölmələrdə saxlanılan məhbusların verdiyi məlumata görə, Əlirza Fərşinin saxlanıldığı və insidentin baş verdiyi bölmədə bütün telefon əlaqələrinin kəsilib.

Məhbus ailələri yaxınlarının durumu ilə bağlı məlumat ala bilmirlər. 

Qeyd edək ki, oktyabrın 8-də Tehranın “Fəşafuyə” zindanının 5-ci bölməsində ağır cinayətlərə görə cəza çəkən məhkumlar siyasi məhbuslara hücum edib.

İnsident zamanı siyasi məhbuslar döyülüb. Hücuma məruz qalan siyasi məhbuslardan bir neçəsi bədən xəsarəti alıb. Onların zindanın tibb məntəqəsinə yerləşdirildiyi bildirilir.

Əlirza Fərşi və başqa fəal və siyasi məhbuslar dəfələrlə məhbusların ittihamlarına görə ayrılmalarını və başqa bölmələrdə yerləşdirmələrini tələb ediblər.

İranda məhbusların ittihamlarına görə təsnifatlandırılması və yerləşdirilməsi qanunu icra edilmədiyi üçün ağır cinayət törətmiş müttəhimlərlə siyasi məhbusları bir yerdə saxlanılır.

İran hökuməti və zindan rəhbərliyi bu vasitə ilə siyasi məhbuslara basqı göstərir, istənilən zaman onlara qarşı sui-qəsd törədir. 

Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində beynəlxalq ana dili günü mərasimində iştirak etdiyi üçün digər milli fəallar ilə birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb, neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılmışdı.

Ə.Fərşi 2016-cı ildə, Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "İranın milli təhlükəsizliyini pozmaq qəsdi ilə qruplaşmada iştirak etmək" ittihamı ilə 15 il həbs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilib.

Bu cəza, daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

Nəhayət 2020-ci ilin iyul ayının 21-də bu milli fəal yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar