SON XƏBƏRLƏR

İndoneziyanın ən fəal vulkanı püskürdü

2021.10.20, 07:36
İndoneziyanın ən fəal vulkanı püskürdü

Gunaz.tv

GünAz TV: İndoneziyada ən fəal vulkan olan Merapi yenidən püskürüb.

 

Trend-in məlumatına görə, vulkan püskürməsi nəticəsində 5 kilometr hündürlüyədək kül sovrulub.

 

Hadisə nəticəsində ciddi fəsadlar qeydə alınmasa da, sakinlərə evləri tərk etməmək tövsiyə edilib.

 

Qeyd edək ki, Merapi vulkanı bu ayın əvvəlində də püskürmüşdü.

 

2010-cu ildə Merapinin püskürməsi nəticəsində 300-dən çox insan həlak olmuş, 280 min nəfər təxliyə edilmişdi.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar