SON XƏBƏRLƏR

İngiltərədə İranla əlaqəli terroristlər tutulub

2021.10.20, 07:36
İngiltərədə İranla əlaqəli terroristlər tutulub

Gunaz.tv

GünAz TV: İngiltərənin “Telegraf” qəzeti bu ölkədə İranla əlaqəsi olan terroristlərin həbs olunduğu barədə xəbər yayıb.

 

Məlumata əsasən, bu şəxslər London yaxınlığında yerləşən gizli bomba düzəltmə müəssisələrindən birində partlayıcı maddələr əldə etmək üçün minlərlə kiçik bağlama gizlədiblər. Bu bağlamalarda bomba hazırlanması üçün istifadə edilən ammonium nitrat da olub. Tutulan terrorçuların İranla əlaqələri deşifrə edilib.

 

Qeyd etmək lazımdır ki, son aylar ərzində Avropada bir neçə iranlı diplomat terror planlaşdırdıqları üçün tutulub. Onlar İslam Respublikasına müxalif olan şəxslərin keçirdikləri yürüşlər və mərasimlərdə partlayışlar həyata keçirməyi planlaşdırırmışlar.

 

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo da dəfələrlə İranın Avropa ölkələrində terror fəaliyyətləri göstərdiyini və bununla da həmin ölkələrin sabitliyini pozmağa çalışdığını bəyan edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar