İnsan hüquqları fəallarının Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmə etirazları davam edir – VİDEO

2020-07-12 11:39

İnsan hüquqları fəalı, həkim Həsən Nayıb Haşım, yaydığı bir video-çarxda Ərdəbil məhkəməsinin tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaniyə qarşı çıxardığı və İran Ali Məhkəməsinin təsdiq etdiyi 15 il həbs cəzası və 2 il sürgün edilməsi ilə bağlı hökmünü pisləyib.

Gunaz.tv Quote | Gunaz article

“Son illərdə Abbas Lisani Azərbaycan millətinin milli hüquqlarını sadəcə mədəni və sivil yollarla müdafiə edib. Bu məsələ ilə bağlı həbs edilib və uzun müddət aclıq aksiyası keçirib, “ deyə Nayıb Haşim bildirib.

 

 

O əlavə edib ki, Abbas Lisani bütün təzyiqlərə baxmayaraq tələblərindən geri addım atmayıb və məqsədlərinə nail olmaq üçün yalnız dinc yollara əl atacağını bildirib.

 

 

Nayıb Haşım həmçinin Abbas Lisaninin cəzasının ləğvi və ən qısa müddətdə azadlığa buraxılması üçün bütün mədəni fəalları səfərbər olmağa çağırıb.

 

Qeyd edək ki, İran Ali Məhkəməsi Ərdəbil Apelyasiya Məhkəməsinin Abbas Lisaniyə qarşı çıxardığı qərarı təsdiq edərək qüvvədə saxlayıb.

 

 

Hazırda Ərdəbil zindanının 7-ci korpusunda saxlanılan Abbas Lisani 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsində 8 il azadlıqdan məhrum edilən fəalın həbs müddəti gözlənilməz şəkildə Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 15 ilədək uzadılıb.

 

 

Xatırladaq ki, son günlərdə İranda yaşayan qeyri-fars millətlərin təmsilçiləri və insan hüquqları təşkilatları Abbas Lisaniyə qarşı çıxarılan hökmə reaksiya göstərərək bu hökmün ləğv edilməsini istəyiblər.

Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin sədri Jalə Təbrizi və Türkiyədə fəaliyyət göstərən “Çağdaş Azərbaycan Kültür Dərnəyinin” sədri Camal Məhmətxanoğlu, həmçinin İranda ərəb millətinin hüquqlarını müdafiə edən məşhur fəal və yazıçı Yusif Əzizi Bənitorof və Bəluc Fəallar Kampaniyası təşkilatının sədri Abdulla Arif, eləcə də Türkmənsəhra İnsan Haqları Kampaniyası fəalı Sadıq Rəcəbiyan Təmək və Türkmənsəhra İnsan Hüquqları Müdafiəçiləri Təşkilatının Koordinasiya Şurasının katibi  Yusif Kor daha öncə tanınmış fəal barəsində çıxarılan həbs cəzasının təsdiqlənməsini qınayaraq onun qeydsiz-şərtsiz sərbəst buraxılmasını tələb ediblər.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Aug.03.2020: PARLAQ GƏLƏCƏK: İranda işçilərin yoxsulluqla bağlı etirazları davam edir, Güney Azərbaycan insan haqları ilə bağlı görünən işlər.

2020-08-03

gun az article

Urmiyada avtobus sürücüləri etiraz aksiyası keçirib

2020-08-03

gun az article

Cığatı çayında balıqlar kütləvi şəkildə tələf olub – VİDEO

2020-08-03

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-03

gun az article

Təbrizdə baş verən zəncirvarı yol qəzasında 2 nəfər ölüb

2020-08-03

gun az article

Güney Azərbaycanda daha 1 tibb işçisi koronavirusdan ölüb

2020-08-03

gun az article

Azərbaycana dəstək aksiyası zamanı tutulan Həkimə Əhmədi “Sepah”ın Kəşfiyyat İdarəsində saxlanılır

2020-08-03

gun az article

Azərbaycana dəstək aksiyası zamanı saxlanılan Məqsud Fəzli Çimənzəmin sərbəst buraxılıb

2020-08-02

gun az article

Güney azərbaycanlı fəal Davud Şiri həbs cəzasına məhkum edilib

2020-08-02

gun az article

Qızıl şəhəri Tikantəpənin əhalisi yoxsulluq içində yaşayır

2020-08-02

gun az article

Ərdəbildə daha 44 nəfərdə koronavirus infeksiyası aşkarlanıb

2020-08-02

gun az article

“Ölüm şosesi” güney azərbaycanlı milli fəalın canını aldı

2020-08-02

gun az article

Urmiya gölündə su səviyyəsinin düşməsi davam edir

2020-08-02

gun az article

Güney azərbaycanlı milli fəal Əkbər Mühaciri həbs cəzasına məhkum edilib

2020-08-02

gun az article

GünazTV Aug.01.2020: “Güney Azərbaycana ədalət!-Azərbaycanlılar Vaşinqtonda Iran rejiminin siyasi həbslərinə etiraz etdilər”

2020-08-01

gun az article

Həmədan əyalətində koronavirusdan ölənlərin sayı 369 nəfərə çatıb

2020-08-01

gun az article

Məhbus azərbaycanlı fəal Tohid Əmir Əmini ikinci dəfə olaraq ad gününü həbsxanada qeyd edib

2020-08-01

gun az article

İranın təhlükəsizlik qüvvələri söküb aparıqları mərhum azərbaycanlı fəalın məzar daşını əvvəlki yerinə qaytarıblar

2020-08-01

gun az article

Təbrizdə “Sepah” kazarmasında baş verən partlayışla bağlı ziddiyyətli xəbərlər yayılır

2020-08-01

gun az article

Qərbi Azərbaycanda əmtəə qaçaqmalçıları ilə baş verən silahlı qarşıdurmada 2 İran sərhədçisi həlak olub

2020-08-01