SON XƏBƏRLƏR

ABŞ institutu: “Çinin Belarus vasitəsilə Rusiyaya texnikalar ötürməsi mümkündür”

2023.03.02, 09:34
ABŞ institutu: “Çinin Belarus vasitəsilə Rusiyaya texnikalar ötürməsi mümkündür”

Gunaz.tv

Bildirilib ki, martın 1-də Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında 16 bənddən ibarət sənədlər paketi imzalanıb: “Bu, Çinin Rusiyaya yardımını Belarus vasitəsilə ötürməyə, beləliklə, Rusiyanın sanksiyalardan yayınmasına şərait yarada bilər. 

Rusiya Belarus vasitəsilə Qərbin sanksiyalarından yayına bilər”.

Amerikalı analitiklər hesab edirlər ki, Rusiya qüvvələri ciddi texnika itkiləri ilə üz-üzədir: “Bu baxımdan “New York Times” nəşrinin araşdırmaları bizim məlumatları təsdiqləyir. Belə ki, qəzetin yazdığına görə, Rusiya Vuhledar qəsəbəsinə hücum zamanı ciddi itkilərlə üzləşib. 

Məlumata görə, həmin döyüşlərdə Rusiya qüvvələri ciddi səhvlərə yol veriblər. Nəticədə Rusiyanın tank kalonları Ukrayna tərəfinin pusqusuna düşüb. Rusiya son 3 həftədə ən azı 130 tank və zirehli texnika itirib”. (report)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar