SON XƏBƏRLƏR

İordaniyada nümayişçilərə hücum olub

2021.10.20, 07:36
İordaniyada nümayişçilərə hücum olub

Gunaz.tv

GünAz TV: İordaniya paytaxtında hökumət tərəfdarları ilə islahat tələb edən nümayişçilərin toqquşması ilə etiraz aksiyaları zorakı xarakter alıb.

Şahidlər hökumət tərəfdarlarının nümayişçilərə hücum etməsi nəticəsində səkkiz adamın yaralandığını deyirlər. Bu barədə Milli.Az xəbər portalı "Amerikanın səsi"nə istinadən xəbər yayıb. 

 

Yüzlərlə adam bu gün paytaxt Əmmanda islahatlar tələbi ilə nümayişə çıxıb.  Bu nümayişlər ərəb dünyasında baş qaldıran inqilab dalğası fonunda keçirilir.  İordaniyalılar konstitutsional (Anayasa) islahatlar və Kral Abdullahın səlahiyyətlərinə məhdudiyyətlər qoyulmasını tələb edirlər.

 

Ötən ay minlərlə adamın küçələrə çıxmasından sonra Kral Abdullah kabineti istefaya göndərib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar