SON XƏBƏRLƏR

Bir ildə Şərqi Azərbaycan mədənlərindən 2.4 trilyon tümən başqa əyalətlərə aparılıb

2022.05.12, 15:22
Bir ildə Şərqi Azərbaycan mədənlərindən 2.4 trilyon tümən başqa əyalətlərə aparılıb

Gunaz.tv

O. bunun qarşısının alınması və əldə olunan gəlirlərin çoxunun əyalətdə qalması üçün Azərbaycan Mis Şirkətinin yaradılmasına çalışdıqlarını bildirib.

Pərniyan Şərqi Azərbaycanın sənaye sahəsindəki potensialına diqqət çəkərək İran sənayesinin Təbrizin “maşınqayırma” zavoduna borclu olduğunu və bununla yanaşı poladəritmə sənayesində əyalətin birinci yeri tutduğunu spyləyib.
Bir neçə gün bundan öncə 
Pərniyan məsələ ilə bağlı verdiyi açıqlamada Şərqi Azərbaycan əyalətinin ölkə üzrə ən çox mədənlərə malik əyalət olmasına baxmayaraq mövcud problemlər və bürokratik əngəllər ucbatından bundan istifadə edə bilmədiyini bildirib.

O, durğun durumda olan sənaye şəhərciklərinin iqtisadi verimliliyini artırmağın mümkün olmadığını vurğulayıb.

Bundan əvvəl Şərqi Azərbaycan əyalətinin İdarəetmə və Planlaşdırma Təşkilatının rəhbəri Məhəmməd Fərşkaran Güney Azərbaycanın Süngun mis mədəninin talan edilməsinə etiraz edib.

Qeyd edək ki, uzun illərdir xüsusilə əyalətin Süngün mis mədənindən əldə edilən xammalın Kirman əyalətinə daşınması, əldə edilən gəlirin başqa əyalətlərə xərclənməsi əyalət məsulları, millət vəkilləri tərəfindən tənqid olunur.

Buna baxmayaraq mədənlərin yerli şirkətlər tərəfindən istismarı, ona bağlı emal zavodlarının yaradılması ilə bağlı təklif və layihələr qəbul edilmir.  

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar