SON XƏBƏRLƏR

İraın Brucerd şəhərində daha 1 məhkum edam edilib

2021.10.20, 07:36
 İraın Brucerd şəhərində daha 1 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranda narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılaraq, barəsində ölüm hökmü çıxarılmış  daha 1 məhkum edam edilib.

 

İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, altı il əvvəl narkotik maddə qaçaqmalçısı ittihamı ilə həbs edilən 36 yaşlı məhkum Süleyman Mirzayi aprelin 27-si sübh saatlarında Brucerd şəhərinin mərkəzi zindanında dara çəkilib.

 

 Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar