SON XƏBƏRLƏR

İran 5 milyon vətəndaşına müavinət verilməsini dayandırıb

2021.10.20, 07:36
İran 5 milyon vətəndaşına müavinət verilməsini dayandırıb

Gunaz.tv

GünAz TV: Baxmayaraq ki, İranda hər ötən gün əhalinin iqtisadi vəziyyəti daha da ağırlaşır, dövlətin sözçüsü Əli Rəbii avqustun 4-də 5 milyon nəfərin müavinət alan vətəndaşlar siyahısından çıxarıldığını deyib.

 

O, ötən 3 dekada ərzində müavinət alan vətəndaşlar haqqında araşdırmaların aparıldığını və bunun nəticəsində də əksəriyyətin gəlirləri çox olan şəxslər olduğunu deyib. Sözçünün sözlərinə görə, həmin insanların adları siyahıdan çıxarılıb.

 

Əli Rəbii əlavə edib ki, hazırda da bu araşdırmalar davam edir və gəlirləri yüksək olanlar siyahıdan silinəcək. Eyni zamanda, o, hansı kateqoriyadan olan insanların gəlirləri yüksək olan şəxslər hesab edildiyini açıqlamayıb.

 

Qeyd etmək lazımdır ki, son aylar ərzində İranda iqtisadi vəziyyət hər keçən gün daha da ağırlaşır. Yerli media orqanlarının verdiyi məlumata görə, bu səbəbdən İran vətəndaşlarının Türkiyəyə köçməsi halları 150% artıb. Bununla da İran vətəndaşları Türkiyədən yaşama icazəsi alanlar içərisində 1-ci yerdədirlər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar