SON XƏBƏRLƏR

İran 90 il öncə Rusiya ilə bağlanılmış anlaşmaya ümid edir

2021.10.20, 07:36
İran 90 il öncə Rusiya ilə bağlanılmış anlaşmaya ümid edir

Gunaz.tv

GünAz TV: İran rejimi neqativ (mənfi) qüvvələrə söykənərək məkrli siyasətini irəli sürmək ənənəsini hələdə unutmayıb.

İran siyasətinin bu ənənəsi tarix boyu həm ölkə əhalisi və həmdə dünya ictimaiyyətinə ziyan gətirib. Belə hallar insanı istər-istəməz mərhum Pişəvəri dönəminə aparır, rus-fars işbirliyi və “21 Azər” faciəsini xatırladır.

“Ans press”-in yaydığı aşağıdakı xəbər, yenədə İranın neqativ qüvvələrə olan ümidinin tükənmədiyindən xəbər verir. Rusiyaya ümid edən İran,  bu dəfə arxivlərə üz tutub.

“Fars hökuməti Rusiya Sovet hökumətinin (Şurəvi) xəbərdarlığından sonra mövcud olan təhlükənin qarşısını ala bilməsə, Rusiya Sovet Hökuməti özünümüdafiə maraqlarına görə qoşunlarını Fars ərazisinə daxilə edə və lazımi hərbi tədbirlər görə bilər”. Sən demə, bu, 1921-ci ildə RSFSR və o vaxtı Fars adlanan İran arasında mövcud olan anlaşmada deyilir.

 İran ətrafında mövcud olan gərgin şəraiti və hələlik ləvğ edilməyən bu anlaşmanı nəzərə alaraq iki ölkə arasında olan bu anlaşma qəfil qeyri-adi şəkildə aktuallığını (fəallığını) geri qaytarmış olub. İranın Moskvadakı səfiri Seyd Mahmud Səcadi mətbuat konfransında 90 illik keçmişi olan bu sensasiyalı (cəncali) xəbəri şərh edib. Diplomat “İran belə imkandan istifadə edə bilərmi?” sualını olduqca diplomatik, bir az da qeyri-müəyyən cavablandırıb.

 Onun sözlərinə görə, bu anlaşmanın imzalanmasından uzun müddət keçib. Fars dövləti isə indi inqilabdan sonra tamamilə müstəqil olan İran İslam Respublikası (Cümhuriyyəti) adlanır.

İranın sərhədlərində baş verən digər hadisələri isə səfir qısa və ağıllı cavab verib. ABŞ-ın (Amerika Birləşmiş Ştatlar) İranı provakasiyada (toteə, qışqırtmaq) ittiham etmək məsələsinə gəlincə isə Seyd Mahmud Səcadi deyib ki, elə Amerikanın onun ölkəsinin sahillərində olan aviadaşıyıcı (uçaq daşıyıcı) qrupların olması artıq provakasiyadır: “Bu gəmilər niyə bizim sahillərimizə gəliblər? Balıq tutmağa?”

 Səfir İrana qarşı tətbiq edilən neft embarqosuna (təhrim) da münasibət bildirib. O deyib ki, ölkəsi ABŞ-ın siyasətindən asılı olmayan ölkələri neft satmağı üstün tutur.

 Sonda iranlı səfir ölkəsinin qüdrətindən danışıb. Seyd Mahmud Səcadi Şərqdə İran üzərində qələbə asan olmayacaq- cəmiyyətdə müxalifət yönümü əhval-ruhiyyə əhalinin cəmi 5% təşkil edir və vəziyyəti Misir, Tunis, Liviya (Libi) ilə müqayisə etmək mümkün deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar