SON XƏBƏRLƏR

İran Aviasiya Təşkilatının rəisi: “Qəzaya uğramış Ukraynanın sərnişin təyyarəsinin qara qutusunu xaricə göndərməyəcəyik” - FOTOLAR

2021.10.20, 07:36
İran Aviasiya Təşkilatının rəisi: “Qəzaya uğramış Ukraynanın sərnişin təyyarəsinin qara qutusunu xaricə göndərməyəcəyik” - FOTOLAR

Gunaz.tv

GünazTV: İran Aviasiya Təşkilatının rəisi Əli Abidzadə yanvarın 8-də jurnalistlərə açıqlamasında Tehranın beynəlxalq hava limanı yaxınlığında qəzaya uğramış Ukraynanın sərnişin təyyarəsinin iki qara qutusunun tapılmasından və qutudakı səs yazısının İranda araşdırılacağından danışıb.

 

O deyib ki, İran təyyarənin qara qutusunu araşdırılması üçün xarici ölkələrə təhvil verməyəcək: “Təyyarənin hər iki qara qutusu yalnız İranda araşdırılacaq və biz həmin qutuları xaricə göndərməyəcəyik” –deyə, İran Aviasiya Təşkilatının rəisi Əli Abidzadə əlavə edib.

 

Abidzadə qara qutuların xarici ölkələrə göndərilməməsinin səbəbini açıqlamasa da, İran cəmiyyətində və sosial şəbəklərdə yayılan bəzi şayilərə görə, sərnişin təyyarəsi texniki nasazlıq ucbatından yox, “Sepah”ın hava qüvvələri tərəfindən səhvən vurulduğu bildirilir. Qəzanın, İranın İraqda Amerikanın hərbi bazalarına qarşı həyata keçirdiyi raket hücumundan bir neçə saat sonraya təsadüf etməsi isə, bu barədə yayılan şayiələri gücləndirir. Həmçinin qəzadan yayılmış bəzi şəkillərdə, təyyarənin gövdəsində olan bəzi güllə nişanələri də görünür.

 

Rəsmi Tehran isə, qəzanın səbəbi barədə yayılan şayiələri rədd edərək, sərnişin təyyarəsinin onun mühərriklərindən birində əmələ gəlmiş yanğın səbəbindən süquta uğradığını bildirir.

 

Yanvarın 8-i sübh saat 06-da Tehrandan Kiyevə uçan Ukrayna Hava Yollarına məxsus "Boeing 737" sərnişin təyyarəsi göyə qalxdıqdan bir neçə dəqiqə sonra Tehranın Pərən şəhərciyi yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 11-i Ukrayna vətəndaşı olmaqla, ekipaj heyəti ilə birlikdə 180 nəfər həyatını itirib. Qəzada ölənlərin 147 nəfəri İran vətəndaşıdır. Ölənlər arasında, Tehranın Şərif Universitetinin 13 keçmiş tələbəsi də var. 

 

Qeyd edək ki, indiyə qədər bir neçə ölkə, o cümlədən də Kanada hökuməti, qəzanın səbəbinin araşdırılması üçün İrana ekspert heyəti göndərməyə hazır olduqlarını bildirsələr də, rəsmi Tehran həmin təklifləri sükutla qarşılayıb.

 

 

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar