SON XƏBƏRLƏR

İRAN AVROPA BANKLARINDAKI MALİYYƏ VƏSAİTLƏRİNİ MƏRKƏZİ BANKA KÖÇÜRMƏK İSTƏYİR

2021.10.20, 07:36
İRAN AVROPA BANKLARINDAKI MALİYYƏ VƏSAİTLƏRİNİ MƏRKƏZİ BANKA KÖÇÜRMƏK İSTƏYİR

Gunaz.tv
İRAN AVROPA BANKLARINDAKI MALİYYƏ VƏSAİTLƏRİNİ MƏRKƏZİ BANKA KÖÇÜRMƏK İSTƏYİR «Media forum» saytının məlumatına görə, İran prezidenti Mahmud Əhmədinejad beynəlxalq sanksiyalardan qorunmaq üçün İranın Avropa banklarındakı maliyyə vəsaitlərini Mərkəzi Banka köçürmək göstərişi verib. Qərb diplomatlarının fikrincə, Əhmədinejad İrana qarşı mümkün yeni sanksiyalar nəticəsində ölkəsinin Avropa banklarındakı maliyyə vəsaitlərinin dondurulmasından ehtiyatlanır. Qitəyə son səfərində ABŞ prezidenti Corc Buş Avropa Birliyi rəsmiləri ilə uranı zənginləşdirməkdə davam etdiyi üçün İrana qarşı yeni və daha geniş sanksiyaların tətbiqini müzakirə edib. «Media forum» ------------------------------------------------------------------------ Fələstinin on əsas hərəkatının nümayəndələri Dəməşqdə toplaşıb İqamətgahları Suriyada yerləşən hərəkat nümayəndələri ümumfələstin dialoquna başlamaq perspektivini müzakirə edəcəklər Fələstinin, Suriyada iqamətgahları yerləşən on əsas hərəkatı, o cümlədən «Həmas» və «İslami-Cihad»ın nümayəndələri Milli birliyə nail olmaq məqsədilə ümumfələstin dialoquna başlamaq perspektivini müzakirə etmək üçün Dəməşqdə toplaşıb. «Həmas»ın siyasi şurasının rəhbəri Xalid Maşaal bəyan edib ki, toplantıda iki əsas məsələ ətrafında müzakirələr aparılır. Bunlar - İsrailin Qəzza sektoruna hücum edəcəyi təqdirdə bizim cavabımız və Fələstin xalqının müdafiəsidir. Fələstinin Azadlığı Xalq Cəbhəsinin siyasi şurasının rəhbəri Ənvər Raci isə bildirib ki, «muxtariyyətdə olan ən böyük problem «Həmas» və «Fəth» arasındakı silahlı qarşıdurma yox, ümumfələstin işbirliyinin qurulmasında və birləşmədədir». Xatırladaq ki, iyun ayının əvvəlində Fələstin Milli Administrasiyasının və «Fəth» hərəkatının rəhbəri Mahmud Abbas, Qəzza sektoruna nəzarət edən «Həmas» təşkilatını milli birlik uğrunda danışıqlara başlamağa çağırmışdı./ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar