SON XƏBƏRLƏR

İran Azərbaycanla birgə banklar yaradılmasını istəyir

2021.10.20, 07:36
İran Azərbaycanla birgə banklar yaradılmasını istəyir

Gunaz.tv
İran Azərbaycanla birgə banklar yaradılmasını istəyir İran hökuməti Azərbaycanla birgə bankların yaradılması ideyasını dəstəkləyir. İRNA-nın məlumatına görə, bunu İran xarici işlər nazirinin müavini Əlirza Şeyx Əttar bildirib. Nazir müavininin sözlərinə görə, azad ticarət zonalarında fəaliyyət göstərən belə banklar vergi ödəmələrindən azad edilə bilər. ("OLAYLAR"İA) --------------------------------------------------------------------------- BUŞUN XANIMI ƏFQANISTANA SƏFƏR ETDİ Lora Buş talibançılarla döyüşlərin getdiyi bölgədə Amerika əsgərləri ilə görüşüb ABŞ prezidentinin xanımı Lora Buş dünən Əfqanıstana sürpriz səfər edib. Amerika KİV-lərinin məlumatlarına görə, Amerikanın birinci xanımının səfəri haqda yalnız onun təyyarəsi talibançılarla şiddətli döyüşlərin getdiyi Bamiyana endikdən sonra məlum olub. Lora Buşun kiçik reaktiv təyyarə ilə Vaşinqtondan birbaşa Əfqanıstana uçduğu bildirilir. Təyyarədə o, amerikalı jurnalistlərə bildirib ki, məqsədi Amerika əsgərlərinin Əfqanıstanda “əl-Qaidə” və “Taliban”a qarşı apardıqları mübarizəyə dəstək verməkdir. Lora Buş səfərinin ikinci məqsədinin “Taliban”ın zülmü altında əzab çəkən Əfqanıstan qadınlarına mənəvi dəstək vermək olduğunu deyib. Bildirilir ki, indiyədək Amerika birinci xanımlarından heç biri Əfqanıstana ayaq basmayıb. Xanım Buşun səfər üçün Bamiyan əyalətini seçməsi simvolik məna kəsb edir. Hazırda bu ucqar bölgədə “Taliban” daha güclüdür, həmçinin 2001-ci ildə bu bölgədə taliblər iki Budda heykəlini dağıtmışdılar. Bundan əlavə, Bamiyan əyalətinin qubernatoru qadındır. Həbibə Sərabi Əfqanıstanda ilk qadın qubernatordur, bölgədə döyüşlərin getməsinə baxmayaraq, hökumət ölkədə qız məktəbləri açıb. Bu məktəblərdə 38 min şagird təhsil alır. Bildirilir ki, Əfqanıstan prezidenti Həmid Karzay özü də Lora Buşun səfəri haqda cəmi 24 saat əvvəl xəbər tutub. Birinci ledini səfərdə müşayiət edən bir neçə jurnalistdən isə əvvəlcədən məxfiliyi qorumaq haqda iltizam alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar