İran bank sistemində mərkəzçi siyasət: Əmanətlərin 54%-i Tehran banklarında

2021-03-27 14:28

İranda mərkəzə yönəlik siyasət sadəcə qeyri-fars millətlərin dili və mədəniyyətinə qarşı ayrı-seçkiliyə məhdud deyil. Mərkəzçi siyasəti və qeyri-mərkəzi bölgələrə qarşı ciddi şəkildə yürüdülən ayrı-seçkiliyi iqtisadi göstəricilər də açıq şəkildə ortaya qoyur.

Gunaz.tv Quote | Gunaz article

GünazTV-nin araşdırmasına əsasən, ölkə banklarındakı əmanətlərin yarısından çoxu Tehranda yerləşən banklarda cəmləşib.


İran Mərkəzi Bankının son rəsmi statistikasına görə, noyabr 2020-ci tarixinə qədər, ölkə banklarındakı əmanətlərin ümumi məbləği 3 520 trilyon tümən olub. Bu rəqəmin 1 894 trilyon tüməni Tehran banklarında saxlanılır. Bunun əsas səbəbi böyük iqtisadi müəssisələrin Tehranda yerləşməsindən əlavə, başqa bölgələrdə olan iqtisadi müəssisələrin də bank əməliyyatlarını Tehranda aparması ilə açıqlanır.

Həmin şirkətlər vergilərini də Tehranda ödəyir və beləliklə mərkəzi əyalətlərlə qeyri-fars əyalətləri arasındakı iqtisadi uçurum getdikcə dərinləşir.

 


Tehrandan sonra ən böyük əmanət İsfahan banklarındadır. Bu əyalətin banklarına yatırılan əmanətlərin ümumi məbləği 186 trilyon tüməndir.

Rəzəvi Xorasan (154 trilyon tümən), Fars (138 trilyon tümən ) və Xuzistan (116 trilyon tümən) əyalətləri növbəti yerləri tutur.

Güney Azərbaycan əyalətləri arasında iqtisadi cəhətdən ən gəlişmiş əyalət sayılan Şərqi Azərbaycanın banklarında olan əmanətin məbləği isə İsfahan Əyalətinin yarısı qədərdir (95 trilyon tümən).

 

 

 

Bu rəqəm Azərbaycanın başqa əyalətləri üçün daha da acınacaqlıdır: Qərbi Azərbaycan(49 trilyon tümən), Qəzvin(28 trilyon tümən), Həmədan(29 trilyon tümən), Zəncan(22 trilyon tümən), Ərdəbil(19 trilyon tümən).   


Güney Azərbaycan banklarında olan əmanətlər ölkə banklarında saxlanılan ümumi əmanətlərin sadəcə yüzdə 7-ni təşkil edir. Azərbaycanlıların İrandakı sayını, Güney Azərbaycan ərazisinin sahəsini, eləcə də iqtisadi potensiallarını nəzərə alsaq, bu rəqəm Azərbaycan türklərinə qarşı tətbiq edilən ögey münasibəti açıqca ortaya qoyur.

 

Ü.F.
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.18.2021-Azadlıq səsi: Seçki biabırçılıqı

2021-06-19

gun az article

GünazTV June.18.2021: Körpü: Batı Azərbaycanda şəhər şura seçkiləri

2021-06-19

gun az article

İran Zəngəzurda iki tunel tikməyi planlaşdırır

2021-06-18

gun az article

İranda silahlı insident: Qaşqay türkü hücuma məruz qaldı-FOTO

2021-06-18

gun az article

Gilanda həbslər olub: "Seçkini pozmaq" ittihamı ilə 27 nəfər saxlanılıb

2021-06-18

gun az article

Güney Azərbaycanın Şəbistər mahalında seçkilər dayandırıldı

2021-06-18

gun az article

Mərənddə siyasi məhbus Əlirza Fərşiyə dəstək şüarları yazılıb

2021-06-18

gun az article

İranda prezident seçkiləri: Səsvermə sönük keçir-VİDEO

2021-06-18

gun az article

Tanınmış araşdırmaçı Brenda Şaffer Xudafərin körpüsünü ziyarət edib

2021-06-18

gun az article

Beynəlxalq Əfv Təşkilatı: "İbrahim Rəisi cinayət məsuliyyətinə cəlb olunmalıdır"

2021-06-18

gun az article

İranda seçki: Təbriz və Zənganda sistem çökdü, səsvermə 4 saat gecikdi

2021-06-18

gun az article

"İnqilab liderini təhqir etmək"də suçlandırılan milli fəal barədə həbs qərarı çıxarıldı

2021-06-18

gun az article

GünazTV June.17.2021-Sözümüz: Seçkilər

2021-06-18

gun az article

GünazTV June.17.2021- Düşünməyə Çağırı: Milli Simvollarımız, İranda Sözdə Seçkilərdə Azərbaycan

2021-06-17

gun az article

Güney Azərbaycan prezident seçkilərində iştirak etməyəcək: “Hamısı yalan danışır, səs verməyəcəyik”-VİDEO

2021-06-17

gun az article

Sərəskənddə qadın xeyriyyəçi məktəb tikdirir

2021-06-17

gun az article

Güney Azərbaycan üzrə COVİD-19 statistikası açıqlandı

2021-06-17

gun az article

Güneyli siyasi məhbuslar Evin həbsxanasının ETTELAAT bölməsinə köçürülüb

2021-06-17

gun az article

“Urmu Birlik Səsi”nin namizədlər siyahısı ilə bağlı təxribat- Əhməd Obalı xəbərdarlıq etdi-VİDEO

2021-06-17

gun az article

Məhbus qardaşlar Təbriz həbsxanasının “12-ci məhkumlar” bölməsinə köçürülüb

2021-06-17