SON XƏBƏRLƏR

İran BBC-nin blokadasına başladı

2021.10.20, 07:36
İran BBC-nin blokadasına başladı

Gunaz.tv

GünAz TV: Britaniyanın BBC teleradioyayım şirkəti bəyan edib ki, İran hökuməti Misirdə baş verən hadisələri işıqlandırdığına görə telekanalın İran xidmətinin peyk siqnalını blokadada saxlayır.

 

BBC telekanalında blokadanın fevralın 10-da axşam Misirdəki hadisələrin müzakirəsinə həsr olunmuş interaktiv tok-şou efirə çıxandan sonra başladığı bildirilir. Tok-şou gedərkən efirdə bir çox iranlı Misirdəki iğtişaşları yaxından izlədiklərini deyiblər.

 

BBC-nin texniki mütəxəssisləri bloklaşdırmanın İran ərazisindən həyata keçirildiyini iddia edirlər.

 

İnternetdə BBC TV-nin fars dilində nümayişinə giriş əvvəlki kimi asandır. “Media forum”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar