SON XƏBƏRLƏR

İran Buşehrdə daha 2 AES tikəcəyini bəyan edib

2021.10.20, 07:36
İran Buşehrdə daha 2 AES tikəcəyini bəyan edib

Gunaz.tv

GünAz TV: İran Milli Məclisinin Nüvə Komitəsinin sədri Məhəmməd İbrahim Rzayi ölkəsinin növbəti 6 il ərzində Buşehrdə daha 2 atom elektrik stansiyası tikmək planının olduğunu deyib.

 

O, bir neçə gün öncə Buşehrdə digər iki AES-in tikilməsi üçün beton tökmə işlərinə start verildiyini və bu sahədə işlərin 30%-nin başa çatdırılmaq üzrə olduğunu bildirib.

 

Rzayinin sözlərinə görə, hər biri 115 megavat gücə sahib olacaq AES-lərdən birincisinin açılışının 2025-ci ildə, ikincisinin isə 2027-cı ildə baş tutacağı planlaşdırılır.

 

Digər tərəfdən, noyabrın 10-da İran Buşehr AES-in 2-ci blokunun reaktorunun beton tökmə işlərinin başladıldığını bəyan etmişdi.

 

Xatırladaq ki, rəsmi Tehran cari ilin may ayında, Amerika Birləşmiş Ştatlarının nüvə razılaşmasından çıxmasının 1-ci il dönümü ilə eyni vaxtda tədrici formada üzərinə götürdüyü öhdəlikləri azaldacağını bəyan etmişdi. Artıq İran bu istiqamətdə 4 addım ataraq, uranın zənginləşdirilmə dərəcəsi və depolanma həddi də daxil olmaqla, bəzi məhdudiyyətlərə əməl etməyi dayandırıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar