SON XƏBƏRLƏR

İran Dövlət Teleradio Şirkətinin 19 jurnalisti koronavirusa yoluxub

2021.10.20, 07:36
İran Dövlət Teleradio Şirkətinin 19 jurnalisti koronavirusa yoluxub

Gunaz.tv

GünAz TV: Bu günə qədər İran Dövlət Teleradio Şirkətinin 19 jurnalisti koronavirus pandemiyasına yoluxub.

 

Bu barədə məlumat yayan Dövlət Teleradio Şirkətinin Xəbər Agentliyinin sədri Mehrdad Seyyid Məhəmmədi jurnalistlərin öz işlərini yerinə yetirməyə davam etdiyini və bu əsnada pandemiyaya yoluxduğunu deyib. O, həmin əməkdaşların vəziyyətlərinin necə olduğu barədə heç bir məlumat verməyib.

 

Qeyd etmək lazımdır ki, Dövlət Teleradio Şirkəti koronavirusun İranda yayılmasını ilkin günlərdən gizlətdiyinə görə son həftələr ərzində əsas tənqid edilən qurumlardan biridir.

 

Həmçinin televiziyanın koronavirusa yoluxub sağalmış aparıcısı Atifə Mirseyyidinin bir neçə gün öncə verilişdə səsləndirdiyi fikirlər insanların kəskin narazılığına səbəb olmuşdu. O, həmin çıxışında insanları diqqətli olmaq əvəzinə, bir növ laqeydliyə çağırmış, koronavirusun adi soyuqdəymə olduğunu iddia etmişdi. Halbuki rəsmi statistikalara əsasən, bu günə qədər bu xəstəlikdən təkcə İranda 1812 nəfər ölüb.

 

"Fars" xəbər agentliyinin yaydığı məlumatda isə bildirilir ki, Dövlət Teleradio Şirkətinin səhər növbəsinin baş redaktoru Abdullah Seyid Əhmədi Zaviyə koronavirusdan ölüb.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar