SON XƏBƏRLƏR

İran əleyhinə daha bir önəmli qətnamə qəbul edildi

2021.10.20, 07:36
İran əleyhinə daha bir önəmli qətnamə qəbul edildi

Gunaz.tv

GünAz TV:  BMT Baş Assambleyası (Birləşmiş Millətlər Təşkilatının Gənəl Qurumu) «Beynəlxalq müdafiələri olan şəxslərə terror hücumları» qətnaməsini qəbul edib.

Qətnamənin təşəbbüskarı Səudiyyə Ərəbistanıdır. İranın əleyhinə olan bu sənədin lehinə 106 dövlət səs verib. 9 dövlət sənədin əleyhinə çıxıb, 40 dövlət isə bitərəf qalıb.

Qətnamədə «Səudiyyə Ərəbistanı Krallığının (qadşahlıq) Amerika Birləşmiş Ştatlarındakı səfirinin qətli üçün təşkil edilmiş sui-qəsd» pislənilir. Sənəddə İrandan Beynəlxalq müdafiəsi olan şəxslərə qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması Konvensiyası daxil olmaqla, beynəlxalq hüquqa dair bütün öhdəliklərini yetirmək tələb olunur.

Qətnamədə «Səudiyyə Ərəbistanı Krallığının səfirinin qətli üçün təşkil edilmiş sui-qəsdin planlaşdırılmasında, maliyyələşdirilməsində, təşkilində və həyata keçirilmə cəhdində iştirak etmiş adamların məsuliyyətə cəlb olunmasına yardım göstərmək» barədə müddəa da var.

Bu il oktyabrın (October) 11-də ABŞ (Amerika Birləşmiş Ştatları) Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Adil əl-Cubeyraya qarşı sui-qəsd cəhdinin qarşısının alındığını bildirib. ABŞ ədliyyə naziri Erik Holder bəyan edib ki, sui-qəsdin icraçıları ABŞ-da yaşayan iranlılar Mənsur Ərbabsəyyar və Qulam Şakiridir. Ərbabsəyyar artıq həbs olunub, Şakiri isə axtarışdadır.

Ərbabsəyyar İslam inqilabının keşikçiləri korpusu (Sepah), Şakirinin isə bu korpusa daxil olan «Əl-Qüds» xüsusi xidmətinə işlədiyi bildirilir.

İranın BMT yanındakı daimi nümayəndəsi Məhəmməd Xəzayi Səudiyyə Ərəbistanının təşəbbüsünü «BMT-yə etibarı sarsıda biləcək qəbuledilməz addım» adlandırıb. APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar