SON XƏBƏRLƏR

İran əleyhinə qətnamə layihəsi BMT-nin müzakirəsinə təqdim edilib

2021.10.20, 07:36
İran əleyhinə qətnamə layihəsi BMT-nin müzakirəsinə təqdim edilib

Gunaz.tv

GünAz TV: Səudiyyə Ərəbistanı çərşənbə günü “Beynəlxalq müdafiə altında olan şəxslərə edilən terror hücumları” adlı qətnamə layihəsini BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) 66-cı sessiyasının (cələsə) müzakirəsinə təqdim edib.

Bu işdə onun himayədarı kimi isə ABŞ )Amerika Birləşmiş Ştatları) çıxış edib.

Amerika artıq cümə günü bu layihənin “BMT-nin terror əleyhinə strategiyası”nın 118-ci maddəsinin müzakirəsi zamanı Baş Assambleyanın (məvmə-i ümumi, gənəl qurum) gündəliyində səsə qoyulmasını planlaşdırır (tərhini tökür). Bu barədə Gün.Az İTAR-TASS-a istinadən xəbər yayıb.

Səudiyyə Ərəbistanının BMT yanında daimi nümayəndəliyindən verilən məlumata əsasən, bununla ölkə terrorizmin bütün formaları ilə mübarizənin hər zaman krallığın (padşahlıq) əsas prioritetlərindən (öncəlik) biri olmasına dair fikirlərini bir daha təsdiqləmiş olur. Sözügedən daimi nümayəndəlik terrorizmi pisləməyə çağırıb və Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinə qarşı hazırlanan sui-qəsd planının təəssüf doğurduğunu bəyan edib.

Krallığın BMT-yə təqdim etdiyi qanun layihəsi İranı beynəlxalq hüququn tələb etdiyi bütün öhdəlikləri yerinə yetirməyə və səfirin öldürülməsini planlaşdıran şəxslərin məsuliyyətə cəlb edilməsi işində əməkdaşlıq etməyə çağırır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar