SON XƏBƏRLƏR

İran Ərəbistan vətəndaşlarını pasportlarına mühür vurmadan ölkəyə buraxır- Koronavirusu yaymaq üçün təlaş?

2021.10.20, 07:36
İran Ərəbistan vətəndaşlarını pasportlarına mühür vurmadan ölkəyə buraxır- Koronavirusu yaymaq üçün təlaş?

Gunaz.tv

GünAz TV: İran Səudiyyə Ərəbistanı vətəndaşlarının xarici pasportlarına mühür vurmadan ölkəyə buraxır.

 

Bu barədə Səudiyyə Ərəbistanları rəsmiləri yerli media orqanlarına məlumat veriblər. Onlar İranın bu addımını kəskin tənqid edərək, belə halların virusun Ərəbistanda yayılmasına yol açdığını deyiblər.

 

Səudiyyə Ərəbistanı rəsmiləri yaydıqları bəyanatda pasportlarına möhür vurulmadan İrana səfər etmiş vətəndaşlardan bu barədə yerli orqanlara məlumat vermələrini istəyib.

 

Ötən həftə Səudiyyə Ərəbistanı Küveyt və Bəhreyndən İrana səfər etmiş 5 vətəndaşında koronavirusa yoluxma halının aşkar edildiyini bəyan etmişdi. Bundan sonra ölkə rəsmiləri həmin şəxslərin xarici pasportlarına İranın möhür vurmadığını bildirmişdilər. Bəzi səudiyyəli rəsmilər bunu İranın xəstəliyi Ərəbistanda yaymaq üçün göstərdiyi təlaş adlandırırlar.

 

Ərəbistanın media orqanlarında çıxan məlumatlarda bir çox səudiyyəli rəsminin İranı koronavirusun dünya ölkələrinə yayılmasında günahlandırdığı da qeyd edilib.

 

Səudiyyəli rəsmilər sonda bildiriblər ki, artıq bu formada İrana səfər edən vətəndaşlara qarşı ciddi intizam tədbirləri görüləcək.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar