İran Xarici İşlər Nazirliyi Ermənistandakı bütün tərəfləri təmkinli olmağa çağırıb.
Gunaz.tv
İran Xarici İşlər Nazirliyinin rəsmi saytında yayımlanan açıqlamada Səid Xətibzadə Ermənistandakı bütün tərəfləri təmkinli olmağa və zorakılığın qarşısını almağa dəvət edib.
İran xarici şlər Nazirliyinin sözçüsü, açıqlamasında yazıb: "Biz Ermənistandakı prosesləri yaxından izləyirik."
Qeyd edək ki, Ermənistan Ordusunun Baş Qərargah rəisi Onik Gasparyan və Ermənistan ordusunun yüksək rütbəli komandirləri fevralın 25-də Baş nazir Nikol Paşinyanın istefasına çağıran bir açıqlama yayıblar.
Paşinyan öz növbəsində ordunun bu bəyanatını "çevriliş cəhdi" adlandırıb və Onik Qasparyanı vəzifəsindən azad edib.
C.E