SON XƏBƏRLƏR

İran Fordo zavoduna 2000 kiloqram UF6 qazı köçürüb

2021.10.20, 07:36
İran Fordo zavoduna 2000 kiloqram UF6 qazı köçürüb

Gunaz.tv

GünAz TV: Bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndələrinin İranın Fordo nüvə zavoduna 2 min kiloqram UF6 gətirilib.

 

İranın Atom Enerjisi Təşkilatı bu barədə göstərişin prezident və Ali Milli Təhlükəsizlik Şurası tərəfindən verildiyini, qazın Nətənz Atom Elektrik Stansiyasından Fordo nüvə kompleksinə köçürüldüyünü bəyan edib.

 

Digər tərəfdən, İran prezidenti Həsən Ruhani Fordoya qaz köçürülməsinə Twitter səhifəsində münasibət bildirib və buna görə Qərbi günahlandırıb.

 

“Amerika və müttəfiqlərinin siyasətlərinə görə, Fordo tezliklə tamamilə fəaliyyətə başlayacaq”, - deyə Ruhani əlavə edib.

 

O, həmçinin bu gün 1044 sentrifuqaya qaz təzyiq olunmasıyla, ölkəsinin nüvə öhdəliklərini azaltmaq istiqamətində 4-cü addıma rəsmən başlayacağını bəyan edib.

 

Xatırladaq ki, Həsən Ruhani ötən gün də İranın noyabrın 6-da 4-cü addımı atmaqda qətiyyətli olduğunu demişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar