SON XƏBƏRLƏR

İran gəmilərinin Venesuela sularına daxil olması regionda sabitliyi pozacaq

2021.10.20, 07:36
İran gəmilərinin Venesuela sularına daxil olması regionda sabitliyi pozacaq

Gunaz.tv

GünAz TV: Venesuelanın silahlı qüvvələrinin fəaliyyətinə nəzarət edən “Control ciudadano” təşkilatının rəhbəri Rosio San Migel İran gəmilərinin bu ölkənin su hövzəsinə daxil olmasının regionda sabitliyi pozacağını bildirib.

 

O, “Miami Herald” qəzetinə deyib ki, bu, Venesuela ilə həmsərhəd olan 14 ölkənin hər birinin narazığına səbəb olacaq və arzuolunmaz vəziyyət yaradacaq.

 

Xatırladaq ki, İran Hərbi Dəniz Qüvvələrinin komandanının müavini bir müddət əvvəl İran hərbi donanmasının iki gəmisinin Cənubi Amerika bölgəsinə ezam edilmə ehtimalının olduğunu bildirmişdi.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar