SON XƏBƏRLƏR

İran Gürcüstana nota verib

2021.10.20, 07:36
İran Gürcüstana nota verib

Gunaz.tv

GünAz TV: Bəzi İran vətəndaşlarının Gürcüstana buraxılmamasına görə rəsmi Tehran bu ölkəyə nota verib.

 

Son günlər bəzi iranlıların Gürcüstana buraxılmaması iki ölkə arasında gərginliyin yaşanmasına səbəb olub. Bununla bağlı Gürcüstanın Tehrandakı səfiri Yuseb Çaxvaşvili İran Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Səfirlə görüşən İran Xarici İşlər nazirinin müavini və Avroasiya şöbəsinin rəhbəri Bağıri Müqəddəm Gürcüstan sərhəddindən iranlıların ölkəyə buraxılmaması və geri qaytarılmasının iki ölkə arasındakı dostluq münasibətlərinin gələcəyinə təsir göstərəcəyini vurğulayıb. Sonda rəsmi Tehranın notası səfirə təqdim edilib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar