SON XƏBƏRLƏR

İran hakimiyyəti iki siyasi partiyanın qeydiyyatını ləğv edib

2021.10.20, 07:36
İran hakimiyyəti iki siyasi partiyanın qeydiyyatını ləğv edib

Gunaz.tv

GünAzTv: İranda iki siyasi partiyanın - İslam İnqilabı Mücahidlər Təşkilatının və Müşarikət Cəbhəsinin dövlət qeydiyyatı ləğv edilib. qərarı İranın Daxili İşlər Nazirliyi çıxarıb.

GünAzTv mətbuat mərkəzinin “media forum”-a istinadən yaydığı məlumata görə, İranda ictimai-siyasi qurumların dövlət qeydiyyatını Daxili İşlər Nazirliyi aparır. Qeydiyyatı ləğv olunan İslam İnqilabı Mücahidlər Təşkilatı və Müşarikət Cəbhəsi islahat tərəfdarı olan qurumlardır. Qeydiyyatın ləğvi onların fəaliyyətinin qadağan edilməsi deməkdir.

İran Daxili İşlər Nazirliyinin partiyaların fəaliyyəti ilə bağlı komissiyasının (10-cu maddə komissiyası) sədri Mahmud Abbaszadə Meşkini jurnalistlərə açıqlamasında deyib ki, İslam İnqilabı Mücahidlər Təşkilatı ilə Müşarikət Cəbhəsinin qeydiyyatı bu qurumların qanunu pozması, böhtan, iftira və yalan yayması, vətəndaşları hökumətə qarşı qaldırması səbəbindən ləğv edilib.

2009-cu ilin iyununda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlar başlayandan sonra İslam İnqilabı Mücahidlər Təşkilatının və Müşarikət Cəbhəsinin xeyli fəalı həbs olunub. Hər iki partiya prezident seçkisi zamanı əsas müxalif namizədlərə - keçmiş baş nazir Mirhüseyn Musəvi ilə keçmiş spiker Mehdi Kərrubiyə dəstək vermişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar