SON XƏBƏRLƏR

İran həbsxanalarında saxlanılan daha 5 güney azərbaycanlı siyasi məhbusun infoqrafiyası yayılıb - GÖRÜNTÜ

2021.10.20, 07:36
İran həbsxanalarında saxlanılan daha 5 güney azərbaycanlı siyasi məhbusun infoqrafiyası yayılıb - GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: İran həbsxanalarında məhbus həyatı yaşayan 5 güney azərbaycanlı milli-mədəni fəalın infoqrafiyası yayılıb.

 

Azərbaycanlı fəallar tərəfindən hazırlanan infoqrafiyada siyasi fəalların həyatı və fəaliyyəti barədə müəyyən məlumatlar qeyd olunub.

 

Sözügedən fəallar Tehranın Evin zindanı, Təbrizin mərkəzi zindanı, eləcədə Əhər və Sarab şəhərlərinin həbsxanalarında həbs edilib. Onların kimliyi Əkbər Nəimi, Səccad Şəhiri, Saleh Molla Abbasi, Səhənd Məali və Əmir Səttaridən ibarətdir.

 

Bundan əvvəl Marağa həbsxanası, Tehranın Evin Zindanı və Təbrizin Mərkəzi Zindanında saxlanılan Həkimə Əhmədi, Əlirza Fərşi, Cəfər Rüstəmirad, Kazım Səfabəxş və Nasir Xülusinin infoqrafiyası yayılmışdır.

 

Həmçinin ötən günlərdə 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etirazlar zamanı şəxsi ev və ya iş yerlərində saxlanılan Məhəmməd Mahmudi, Əkbər Mühaciri, Davud Şiri, Babək Hüseyni Müqəddəm, Şahin Bərzgər və Əyyub Şirinin də infoqrafiyası yayılıb.

Fəallarin infoqrafiyası fars dilində təqdim olunub.

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar