SON XƏBƏRLƏR

İran Hörmüz boğazı yaxınlığında hərbi parada başlayıb

2021.10.20, 07:36
İran Hörmüz boğazı yaxınlığında hərbi parada başlayıb

Gunaz.tv

GünAzTV: Sentyabrın 22-i sübh saatlarından başlayaraq İran ordusu ilə “Sepah”ın körfəzdə, Hörmüz boğazı yaxınlığında birgə hərbi paradı başlayıb. Bu barədə “Sepah”ın sözçüsü Ramazan Şərif jurnalistlərə açıqlama verib.

 

O bildirib ki, İran-İraq müharibəsinin ildönümünə təsadüf edən hərbi parada ordu və “Sepah”ın dəniz və hava qüvvələrinə məxsus 600 gəmi, qayıq və hərbi təyyarə qatılıb: “Fars körfəzi sahillərində və Hörmüz boğazı yaxınlığında keçirilən bu hərbi parad göstərir ki, İran İslam Respublikasının hərbi qüvvələri regionda düşmənin istənilən təhdidinin qarşısını almağa, ölkənin milli maraqlarını qorumağa, sistemin və millətin iradəsini göstərməyə tam hazırdır”.

 

Bildirilir ki, hərbi parada İran silahlı qüvvələrinin, eləcə də “Sepah”ın komandanları və digər yüksək rütbəli rəsmiləri qatılıb.

 

 

Xatırladaq ki, rəsmi Tehran dəfələrlə xəbərdarlıq edərək bildirib ki, əgər İran neftinin satışına qadağa qoyulsa, Hörmüz boğazını bağlayaraq ticarət gəmilərinin sərbəst hərəkətinin qarşısını alacaq. Rəsmi  Vaşinqton isə İranın bu bəyanatına kəskin cavab verərək, Hörmüz boğazının bağlanmasına, İranın beynəlxalq gəmilərin regionda sərbəst hərəkətinə mane olmasına imkan verməyəcəyini bildirib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar