SON XƏBƏRLƏR

İran İnqilab Keşikçiləri Korpusu Qaradağlını qana boyayıb

2021.10.20, 07:36
İran İnqilab Keşikçiləri Korpusu Qaradağlını qana boyayıb

Gunaz.tv
İran İnqilab Keşikçiləri Korpusu Qaradağlını qana boyayıb nureddin.jpg "Sepahi-Pasdaran"ın azərbaycanlı əsgərləri öz soydaşlarına atəş açmayıb Soydaşlarımızı güllələyən Kakai adlı kürdün rəhbərlik etdiyi qeyri-türk əsgərlər olub Qəzetimizin dünənki sayında məlumat vermişdik ki, "Sepahi-Pasdaran"a məxsus, kənd təsərrüfatıyla məşğul olan "Şirkəti-Firdovs" adlı təşkilat Araz çayı boyunca soydaşlarımıza məxsus əkin sahələrini ələ keçirməyə çalışır. Qaradağlı, İbadabad, Balabəyli, Məhəmmədrzalı kəndlərinin sakinlərinin, bir sözlə, təxminən min ailənin torpaq sahələri təhlükə qarşısında qalıb. Ərdəbil ostandarı Nikizadın Qaradağlı kəndinə gəlməsi, İran İnqilab Keşikçiləri Korpusunun bölgədəki hərbi hissəsinin komandanıyla görüşməsi qanlı olaylarla bitib. Əkin sahələrinin geri qaytarılmasını və "Firdovs" şirkətinin fəaliyyətinə son qoyulması tələbini irəli sürən kənd sakinləri İran İnqilab Keşikçiləri Korpusunun ("Sepahi-Pasdaran") atəşinə məruz qalıblar. Kənd sakinlərinin etiraz aksiyasının yatırılmasına ostandar şəxsən rəhbərlik edib. Təbriz Quzeyli Ordakı hərbçi və polislərdən başqa, yaxınlıqdakı ərazilərdən 300-dək hərbçi Qaradağlı kəndinə gətirilib. Parsabadın polis rəisi, sərhəng (polkovnik) Tahiri kəndlilərin etiraz aksiyasının qarşısının alınması əməliyyatına rəhbərlik edib. Yüzlərlə dinc sakinin, qadın və uşağın iştirak etdiyi aksiyanın gülləbaran edilməsi nəticəsində 2 nəfər həlak olub, 10 nəfər ağır yaralanıb. Əldə etdiyimiz məlumata görə, Muradi soyadlı, Nurəddin Dərgahi adlı soydaşlarımız həlak olub. Onların hər ikisi Qaradağlı kəndinin sakinləridir. Yaralananlardan 4-nün vəziyyəti çox ağır olduğu bildirilirdi. Aksiyanı dağıdan "Sepah" yüz nəfəri həbs edib. Hazırda bölgədə hərbi vəziyyət hökm sürür. Dünən əldə etdiyimiz məlumata görə isə, yaralananlar arasında həlak olmuş soydaşımız Nurəddin Dərgahinin atası Hacı Həmzə Dərgahi də var. Kənd ağsaqqalı, 75 yaşlı soydaşımızın güllə yarası aldığı, vəziyyətinin həddən arıtq ağır olduğu xəbər verilir. Bundan başqa, vəziyyəti ağır olan yaralılardan Babək Muradi Təbriz xəstəxanasına, Şəhriyar Kamali Parsabad xəstəxanasına, İlham Kiyani Ərdəbil xəstəxanasına aparılıb. Mənsur Bədəli, Bəhmən Əlizadənin və başqa yaralıların da vəziyyətinin həddən artıq ağır olduğu söylənilir. Məlumata görə, pasdarlar ("Sepahi-Pasdaran"ın əsgərləri) etiraz aksiyası keçirən kənd sakinlərinin 8 avtomobilini, 15 motosikletini, 5 traktorunu yandırıblar. Bu haqda əmri sərhəng (polkovnik) Tahiri verib. Yandırılan maşın, motosikletvə traktorların qalıqları dərhal hadisə yerindən aparılıb. Güneydən gələn məlumatda bildirilir ki, İran İnqilab Keşikçiləri Korpusunun azərbaycanlı əsgərləri dinc sakinlərə, soydaşlarımıza atəş açmaq haqqında əmrə tabe olmayıblar. Yəni türk hərbçilər türk sakinlərə atəş açmayıb. Məlumatlara görə, soydaşlarımıza atəş açan kənardan gətirilən hərbçilər, Kakai adlı kürdün rəhbərlik etdiyi qeyri-türk əsgərlər olub. İran İnqilab Keşikçiləri Korpusunun azərbaycanlı əsgərləri hadisə yerindən çıxarılıb, onların əvəzində Qaradağlıya, İbadabad, Balabəyli, Məhəmmədrzalı kəndlərinə, bölgəyə qeyri-türk millətlərindən ibarət hissələr gətirilib. Fars-molla rejimi torpaq sahələri əllərindən alnan narazı soydaşlarımızın daha geniş miqyaslı aksiyalara əl atacaqlarından ehtiyatlanır. Güney saytlarının yaydığı məlumatlara görə, hazırda Urmiya həbsxanasında saxlanılan Güney Azərbaycanın milli fəalı Firidun Mehdipurun vəziyyəti ağırdır, ailəsiylə görüşə icazə verilməməsinə, məhbusların ağır vəziyyətinə etiraz olaraq keçirdiyi aclıq aksiyası onun səhhətində mənfi iz buraxıb.Firidun qan qusur, həbsxana rəhbərliyi isə ona tibbi yardım göstərilməsinə icazə vermir. "Ettelaat" həbsxanasında saxlanılan Həsən Əsədlinin də vəziyyəti ağırdır. Onun anası oğlunun həbsinə etirazını bildirib, görüş tələb edib. Anasıyla telefonla danışan Həsən Əsədlinin çox zəif, batıq səsi olub. Məlumatlara görə, Həsən işgəncə altındadır, hətta ona elektroşok tətbiq edilir. Ötən iki il ərzində bir neçə dəfə tutulan, yüksək girov müqabilində buraxılan Firidun Mehdipur və Həsən Əsədli 2006-cı ilin may hadisələrində iştirak etdiklərinə görə təqiblərə, təzyiqlərə, həbslərə məruz qalırlar. xalqcəbhəsi qəzeti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar