SON XƏBƏRLƏR

İran İslam Respublikasında kütləvi zorlama. İranşəhrdə 41 qız oğurlanaraq zorlanıb - Foto və VİDEOLAR

2021.10.20, 07:36
İran İslam Respublikasında kütləvi zorlama. İranşəhrdə 41 qız oğurlanaraq zorlanıb - Foto və VİDEOLAR

Gunaz.tv

GünAzTV: İranın Sistan-Bəlucistan əyalətinin İranşəhr şəhərində kütləvi zorlama baş verib. Bu barədə İranşəhrin imam cüməsi, mövləvi Məhəmməd Tayyib Mollazehi iyunun 15-də cümə namazı xütbələrindəki çıxışında açıqlama verib.

 

Mollazehi bildirib ki, son həftələr bir neçə şəxsdən ibarət cinayətkar bir bandanın üzvləri şəhərdə 41 qızı oğurlayaraq, qrup şəkilində zorlayıblar: “Zorlamaların əksəriyyəti Ramazan ayında baş verib. Cinayətkarlar, qızları küçədə oğurlayaraq zorla avtomobilə mindirib naməlum bir istiqamətə aparır, qrup şəklində zorladıqdan sonra şəhərin kənarında buraxıb qaçırmışlar. Həmin cinayətkarlardan biri artıq yaxalanıb. Yaxalanan şəxs, şəhərin zəngin sərmayə sahiblərindən biridir. Bəzilərinin qol gücü var, bəzilərinin isə qol gücü ilə bərabər pulu da var. Təəssüflər olsun ki, bunların ikisinin bir-birini tamamlaması, bəzən qudurqanlığa və bu kimi cinayətlərin baş verməsinə gətirib çıxarır. Cinsi təcavüzdə günahlandırılan cinayətkar bandanının digər üzvlərinin axtarışı davam edir”.

 

İyunun 16-sı və 17-də İranşəhrdə minlərlə insan küçə aksiyalarına qatılaraq, Sistan-Bəlucistan əyalətində baş verən bu cinayətə etiraz bildirərək, 150 min nəfər əhalisi olan bu kiçik  şəhərdə 41 qızı zorlayan banda üzvlərinin tezliklə yaxalanmasını, mühakimə olunaraq edam edilməsini tələb ediblər.

 

 

 

VİDEOLAR:

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar