İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) 3 əməkdaşı öldürülüb

2021-02-17 13:07

İran Kəşfiyyat Nazirliyinin 3 əməkdaşı Sistan-Bəlucistan əyalətində öldürülüb.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə, İran Kəşfiyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzi fevralın 17-də bəyanat yayıb.


Nazirliyin yaydığı bəyanatda bildirilir ki, ETTELAAT əməkdaşları Sistan-Bəlucistan əyalətində yerli “mütəşəkkil cinayətkarlıqla məşğul olan bandalar”dan biri barəsində informasiya toplayarkən qətlə yetiriliblər.


Bəyanatda, ETTELAAT əməkdaşlarının adları və onların konkret nə zaman, harada və kimlər tərəfindən öldürüldüyü barədə məlumat verilməsə də, sosial şəbəkələrdə yayılan məlumatlarda onların Çabəhar şəhərində yerli müxalif bəluc qrupları tərəfindən qətlə yetirildiyi bildirilir. 


Qeyd edək ki, İranın Sistan-Bəlucistan əyalətinin əhalisinin əksəriyyətini yerli sünni məzhəbli bəluclar təşkil edir. Son illər bu əyalət sakinləri ilə hökumət qüvvələri arasında çoxlu qarşıdurmalar yaşanıb.


Yayılan məlumatlara görə, sünni məzhəbli bəluclar hökumətin onlara qarşı ayrı-seçkilik siyasətindən, onların milli və dini hüquqlarını tanımamasından naraatdır. Məhz həmin səbəbə görə də, son illər bəlucların milli və dini hüquqları uğrunda mübarizə aparan yerli bəluc təşkilatları ilə hökumət qüvvələri arasında baş verən qanlı qarşıdurmalarda hər iki tərəfdən çoxlu sayda insan həyatını itirib.


Xatırladaq ki, Pakistanla həmsərhəd olan Sistan-Bəlucistan əyaləti İranın ən kasıb və baxımsız əyalətlərindən biri sayılır.

سیستان و بلوچستان

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycan və Gürcüstan arasında yeni sənədlər hazırlanır

2021-05-05

gun az article

Putin və Ərdoğan Dağlıq Qarabağı müzakirə edib

2021-05-05

gun az article

Antoni Blinken: “İranda hər şey haqqında əsas qərarı Xamneyi verir”

2021-05-05

gun az article

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib

2021-05-05

gun az article

Rusiyalı deputat: “Ağdamda gördüklərim hərbi cinayətdir”

2021-05-05

gun az article

İranda koronavirusdan daha 349 nəfər ölüb, 15 872 nəfər xəstəliyə yoluxub – RƏSMİ STATİSTİKA

2021-05-05

gun az article

Sistan-Bəlucistanda insident: İki sünni bəluc SEPAH silahlıları tərəfindən güllələndi

2021-05-05

gun az article

“Yol ver türkün bayrağına”-İstiqlal şairinin anım günüdür

2021-05-05

gun az article

İranın Rəzəvi Xorasan əyalətində axşam şənliyinə qatılan 16 qadın və kişi həbs edilib

2021-05-05

gun az article

Gürcüstanın Baş naziri Azərbaycana gəlib

2021-05-05

gun az article

Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatıb - FAKTİKİ HAVA

2021-05-05

gun az article

Bakı-Xırdalan-Sumqayıt dəmiryol xətti üzrə sərnişin daşımaları bərpa edilir

2021-05-05

gun az article

Xınalığa qar yağıb

2021-05-05

gun az article

Mübariz İbrahimov küçəsi təmir olunur - FOTOLAR

2021-05-05

gun az article

Baş stomatoloq əhalini peyvənd vurdurmağa çağırıb

2021-05-05

gun az article

Qorxmaz Hüseynov “Azərsu” ASC-nin sədri vəzifəsindən azad edilib

2021-05-04

gun az article

ÜST həyəcan təbili çaldı - COVID-19-dan ölənlərin sayı artıb

2021-05-05

gun az article

Əfqanıstanda həkimləri daşıyan avtobus partladılıb, ölən və yaralananlar var

2021-05-05

gun az article

Xalq şairi Fikrət Qoca vəfat edib

2021-05-05

gun az article

XİN: Ermənistanın Şuşada aparılan təmir işləri ilə bağlı iddiaları əsassızdır

2021-05-04