“İranla Çin arasında imzalanmış məxfi sənəd legitim deyil”-İran kinematoqrafçıları bəyanat yaydı

2021-04-05 15:44

İranda 18 kinemotoqrafçı aprelin 3-də birgə bəyanat yayaraq, Tehranla Pekin arasında imzalanmış 25 illik “Hərtərəfli Əməkdaşlıq Sənədi”nin ölkənin milli mənafeyinə zidd olduğunu bildiriblər.

Gunaz.tv Quote | Gunaz article

Bəyanatda bildirilir ki, İran İslam Respublikanın son 40 il ərzində müxtəlif sahələrdə yürütdüyü siyasətinin qeyri-şəffaf olması və taleyüklü məsələlərdə alınan bütün qərarların ölkə əhalisindən gizlin saxlanılması qəbuledilməzdir.


“İranla Çin arasında imzalanmış 25 illik “Hərtərəfli Əməkdaşlıq Sənədi”nin məzmunu xalqdan gizlin saxlanılır. Məhz buna görə də hesab edirik ki, bu sənəd qeyri-legitim olmaqla yanaşı, həm də ölkənin və xalqın milli mənafeyinə ziddir”, -deyə 18 iranlı kinematoqrafçının Tehranla Pekin arasında imzalanmış və mətni ictimaiyyətə işıqlandırılmayan 25 illik strateji əməkdaşlıqla bağlı razılaşma haqda yaydığı birgə bəyanatında bildirilir. 


Bəyanatı aşağıdakı iranlı kinemoqrafçılar imzalayıb:


Cəfər Pənahi, Məhəmməd Rəsulof, Kyumərs Purəhməd, Əli Mosəffa, Mustafa Al Əhməd, Səid İbrahimifər, Möhsün Ustad Əli, Məcid Bərzigər, Əzizullah Həmid Nejad, Əlirza Rəisiyan, Məhəmmədəli Səccadi, Məhvəş Şeyxulislami, Məhəmməd Şirvani, Nasir Səffariyan, Əbdülrza Kahani, Xüsrov Məsumi, Fərhad Mehranfər və Müctəba Mir Təhmasib. 


Xatırladaq ki, martın 27-də Tehranda İranla Çin arasında müxtəlif sahələri əhatə edən 25 illik mükəmməl və “Hərtərəfli Əməkdaşlıq Sənədi” imzalanıb.


Sənədi Çin xarici işlər naziri Vang Yi və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif tərəfindən imzalanıb.


İranın “dini lider”i Əli Xamneyinin razılığı və birbaşa göstərişi ilə imzalanan sənədin mətni xalqdan və mediadan gizlin saxlanılsa da, Tehran rejiminin müxtəlif sahələrdə Pekinə birtərəfli olaraq çoxlu imtiyazlar verdiyi barədə xəbərlər yayılır. 


Sənədin imzalanması və onun mətninin ictimaiyyətə işıqlandırılması ölkənin bir neçə şəhərində etirazlara səbəb olub.

Çinlə İran arasında 25 illik 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ukraynalı deputatlar prezidenti Rusiya ilə əlaqələri kəsməyə çağırıblar

2021-04-19

gun az article

Gürcüstan hakimiyyəti və müxalifəti arasında razılaşma imzalandı

2021-04-19

gun az article

Tehranda mebel sexində yanğın: 6 ölü, 3 yaralı

2021-04-19

gun az article

Gürcüstan DTX: Azərbaycanla münasibətlərə qəsdən zərər vurmaq cəhdləri olub

2021-04-19

gun az article

Azərbaycanlı deputat AŞPA-da çıxışı zamanı Xankəndidə, Ağdərədə yaşayan ermənilərə səslənib

2021-04-19

gun az article

Ağdamın İsmayılbəyli kəndi - VİDEO

2021-04-19

gun az article

Rusiya ordusu Artikada təlimlərə başlayıb

2021-04-19

gun az article

Mayın 9-dan 16-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

2021-04-19

gun az article

Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib

2021-04-19

gun az article

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

2021-04-19

gun az article

Azay Quliyev beynəlxalq missiyasının rəhbəri vəzifəsinə təyin olundu

2021-04-19

gun az article

Şuşada elektrik xətlərinin çəkilməsi və yarımstansiyanın tikintisi yekunlaşıb

2021-04-19

gun az article

Azərbaycanda koronavirusa yoluxma sayı azaldı-SON STATİSTİKA

2021-04-19

gun az article

Aydın Məmmədovla Dilarə Əliyevanın həlak olmasından 30 il ötür

2021-04-19

gun az article

Çadda etnik qarşıdurma - Ölənlərin sayı 100-ə çatıb

2021-04-19

gun az article

Epidemioloq: "COVID-ə qarşı peyvənd olunanların sayı nə qədər çox olarsa, xəstəliyin səviyyəsi o qədər enməyə başlayar"

2021-04-19

gun az article

ABŞ-ın investisiya bankı Avropa Super Liqasına 6 milyard dollar ayıracaq

2021-04-19

gun az article

Bakıda parkda abadlıq işlərinə 5 milyon manat ayrılıb

2021-04-19

gun az article

Çavuşoğlu Rusiyanın Türkiyədəki səfiri ilə görüşüb

2021-04-19

gun az article

İran parlamenti 2 həftəlik tətilə gedir: Səbəb bir qrup deputatın koronavirusa yoluxmasıdır

2021-04-19