SON XƏBƏRLƏR

İran köhnə İrandır... . Tehran Xəzərdəki "payı"nı artırmaqda israr edir

2021.10.20, 07:36
İran köhnə İrandır... . Tehran Xəzərdəki "payı"nı artırmaqda israr edir

Gunaz.tv
İran köhnə İrandır... Tehran Xəzərdəki "payı"nı artırmaqda israr edir Azərbaycan və İran diplomatları Bakıda bir sıra beynəlxalq və regional məsələləri, o cümlədən Xəzərin bölüşdürülməsi mövzusunu müzakirə ediblər. Görüş İran xarici işlər naziri müavini Şeyx Əttarın Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilib. Bəzi müşahidəçilər ümid edirdilər ki, Tehran nəhayət, dənizin statusu məsələsində müəyyən irəliləyişlər vəd edə bilər. Hər halda, indiyədək danışıqlarda qeyri-konstruktiv mövqe sərgiləyən İran tərəfi ötən ilin payızında Tehranda Xəzər sammitinin keçirilməsinin təşəbbüsçüsü olmuşdu. İran qəzetlərinin yazdığına görə, Tehran indi dənizini statusunun həllində "həmişəkindən daha çox" maraqlıdır, belə ki, bu, ona qarşı təhdid imkanlarını azalda bilər. Amma "Ekspress"in diplomatik mənbələrdən əldə etdiyi bilgiyə görə, İran nazir müavininin Bakıda sərgilədiyi mbövqe nikbin olmağımız üçün heç bir "sürpriz" vəd etmir, belə ki, tərəflər statusun həllindən hələ çox uzaqdırlar. Tezliklə Tehranın təşəbbüsü ilə Azərbaycan və İranın Xəzər məsələsi üzrə işçi qruplarının görüşü olacaq. Ancaq işçi qruplarının görüşünə qədər səbr edə bilməyən İranın diplomatları Bakıda "xoruzun quyruğu"nu gizlədə bilməyiblər. Əttar Bakı görüşlərində Xəzərdə bu ölkənin ərazi suları zonasının artırılmasını zəruri sayıb. "Xəzər dənizinin əvvəlki hüquqi statusu yeni hüquqi statusun müəyyən olunması üçün yaxşı bazadır. İran Xəzərin beş ölkə arasında bərabər bölünməsində təkid edir", - deyə o vurğulayıb. Məlum olduğu kimi, artıq Rusiya, Azərbaycan və Qazaxıstan dənizin təkinin sektorlara bölünməsi üzrə üçtərəfli saziş imzalayıblar. Türkmənistana gəlincə, son vaxtlar, xüsusilə də Türkmənbaşının ölümündən sonra rəsmi Aşqabadın mövqeyində də müsbətə doğru dəyişiklik hiss olunmaqdadır. Baxmayaraq ki, bu yaxınlarda verdiyi müsahibələrindən birində Türkmənistanın XİN başçısı Rəşid Meredov ümumi danışıb: "Türkmənistan yol axtarır və birtərəfli hərəkətlərə tərəfdar deyil". İran həmçinin gələcəkdə Xəzərin dibi ilə neft kəmərləri çəkilən zaman ərazidə İran və Rusiyanın ekoloji ekspertiza keçirmək təşəbbüsünü irəli sürüb. Təbii ki, Azərbaycan tərəfi bu təklifə qarşıdır. "Sahilyanı ölkələr enerji sahəsində özünün mülkiyyət hüququndan yararlanaraq, neft yataqlarından mövcud normalara uyğun şəkildə istifadə etmək hüququndadırlar. Ona görə də biz hesab edirik ki, Xəzərin demilitarizasiyasının bütün sahilyanı ölkələrin təhlükəsizliyi və stabilliyi üçün zəruridir", - diplomatik mənbə "Ekspress"in sualına cavabda vurğulayıb. Mənbə diqqəti buna yönəldib ki, Xəzər dənizi ətrafında indi yeni geosiyasi vəziyyət yaranıb. Azərbaycanın enerji mənbələrinin istifadəsi beynəlxalq əhəmiyyət daşıyır. Bakı-Tiflis-Ceyhan neft kəməri region üçün bir stabillik amilidir: "Biz digər ölkələri də bu layihəyə qoşulmağa çağırırıq. Ymidvarıq ki, Xəzəryanı ölkələrin bu ilin payızında Bakıda keçiriləcək zirvə toplantısı Xəzərin hüquqi statusunda mövqeləri yaxınlaşdıracaq". Tehranın digər ziddiyyətli bəyanatı isə regiondakı neft-qaz kəmərləri ilə bağlıdır. Əttar xəzəryanı ölkələr arasında enerji əməkdaşlığının arzu edilən səviyyədə olmadığını vurğulayaraq, İranın neft və qazının "asan, ucuz və təhlükəsiz ixracında sahilyanı ölkələrə köməkliyini" vəd edib: "İran Xəzər dənizinin enerji resurslarının Fars körfəzinə, Yaxın Şərqə və Asiyanın şərqinə ixrac olunması üçün ən münasib dəhlizdir". Bu məsələyə digər ölkələrin hamısının olmasa da, Rusiyanın mövqeyi məlumdur. "Xəzərin yeni statusu müəyyən olunmasa da, biz əvvəlki hüquqi statusa mənfi baxışlarla baxmamalıyıq. Statusun bütün sahilyanı ölkələr tərəfindən müştərək şəkildə razılaşdırılması zəruridir", - Rusiya XİN bu yaxınlarda bəyan edib. Ə.Raufoğlu express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar