SON XƏBƏRLƏR

İran koronavirusla bağlı son rəsmi statistikanı yayıb: 43 nəfər ölüb, 593 nəfər yoluxub

2021.10.20, 07:36
İran koronavirusla bağlı son rəsmi statistikanı yayıb: 43 nəfər ölüb, 593 nəfər yoluxub

Gunaz.tv

GünAz TV: İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur koronavirusla bağlı bu günə olan statistikanı yayıb.

 

O bildirib ki, virus qurbanlarının sayı 43, yoluxanların sayı isə 593 nəfərə yüksəlib. Bu isə bir gün içərisində ölümcül virusa 200-dən çox insanın yoluxduğunu göstərir.

 

Kiyanuş Cahanpurun sözlərinə görə, 1 gün ərzində qəti olaraq sözügedən virusa 205 nəfərin yoluxduğu aşkarlanıb. Onlardan 52-si paytaxt Tehranın sakinləridir. Koronavirusun İranda yayılma mərkəzi hesab edilən Qum şəhərində isə son 24 saat ərzində 22 nəfərdə koronavirus aşkarlanıb. Gilan və Gülüstan əyalətlərində bu rəqəm müvafiq olaraq, 17 və 22 nəfər təşkil edib.

 

Kiyanuş Cahanpur Gülüstan əyalətində xəstəliyin sürətlə yayıldığını və bölgənin virusun yayılma mərkəzinə çevrilmək üzrə olduğunu deyib. O, həmçinin qeyd edib ki, Kaşanda son 24 saat ərzində virusa yoluxanların sayı İsfahanda bu günə qədər yoluxanların sayından çoxdur.

 

Sözçü çıxışı zamanı BBC telekanalının İranda virusun 210 nəfərin həyatına son qoyduğu ilə bağlı İran xəstəxanalarına istinadən yaydığı məlumatı bir daha təkzib edib.

 

Cahanpur virus səbəbindən xəstəxanalara yerləşdirilən şəxslərin yaşının orta nisbətinin 50-dən yuxarı, ölənlərin isə 60-dan yuxarı olduğunu iddia edib.

 

Sözçü sonda insanları mümkün qədər evdən çıxmamağa, hətta dəfn mərasimlərdə iştirakdan belə çəkinməyə çağırıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar