İran Mərkəzi Bankı dolların yenidən bahalaşmasına görə dövləti günahlandırıb

22.02.2019, 14:48

GünAz TV: Cari həftənin ilk günlərindən İranda dolların məzənnəsi yenidən 10%-ə qədər bahalaşmağa başlayıb.

 

Həftənin müxtəlif günlərində valyuta bazarlarında dollar 13 min tüməni də keçərək, müştərilərə 14 min tümənə yaxın qiymətə təklif olunub. Bu müddət ərzində ölkənin rəsmi valyuta cədvəllərində də dolların məzənnəsi bu formada göstərilib.

 

Dolların cari həftə ərzində 10% bahalaşmasından sonra İran Mərkəzi Bankı bunun səbəbinin dövlətin həyata keçirdiyi bir sıra tədbirlər olduğunu deyib. Mərkəzi Bankın direktoru Ədbülnasir Himməti özünün “İnstagram” sosial şəbəkəsində olan hesabında bildirib ki, dövlətin sərhədyanı bölgələrdə yaşayan vətəndaşlar və dənizçilərin digər ölkələrlə ticari əlaqələrində mövcud olan məhdudiyyətləri aradan qaldırması ilə bağlı qanun layihəsini qəbul etməsi ölkə daxilində xarici valyutaya olan təlabatı artırıb. Bu isə öz növbəsində dolların qiymətinin artmasına səbəb olub.

 

O, dövlətdən bu qanununun müddəalarının dəyişdirilməsini istəməklə yanaşı, İranın trnasmilli mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə konvensiyaya qoşulması ətrafında yaranan fikir ayrılıqlanın da valyuta bazarına təsir göstərdiyini yazıb.

 

Qeyd etmək lazımdır ki, fevralın 16-da İranda dollar 12 min 300 tümənə təklif edilirdi. Bu rəqəm fevralın 21-i günorta saatlarında 13 min 900 tümənə qədər qalxsa da, axşama doğru 13 min 600 tümən civarlarında qərarlaşdı. Bu isə onu göstərir ki, bu həftə ərzində İranda dolların məzənnəsində 10% bahalaşma müşahidə olunub.

 

Xatırladaq ki, Amerikanın İrana qarşı yenidən sanksiyalar qəbul etməsindən sonra İran valyuta bazarında dolların qiyməti kəskin bahalaşmışdı. Lakin son aylar ərzində məzənnə 12 min tümən civarında qərarlaşmışdı. Amma cari həftə ərzində ölkədə dollar yenə də bahalaşmağa davam edib.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24