SON XƏBƏRLƏR

İran Mərkəzi Bankının sabiq sədrinin dövlət qulluğundan uzaqlaşdırıldığı təsdiqlənib

2021.10.20, 07:36
İran Mərkəzi Bankının sabiq sədrinin dövlət qulluğundan uzaqlaşdırıldığı təsdiqlənib

Gunaz.tv

GünAz TV: "Fars" xəbər agentliyində çıxan məqalədə qeyd edilir ki, İran Milli Bankının sabiq sədri dövlət qulluğundan uzaqlaşdırıldığına görə, o, heç bir dövlət işində, eləcə də Həsən Ruhaninin müşaviri olaraq işləyə bilməz.

 

Sepaha yaxınlığı ilə tanınan agentlik 6 dekabr tarixində yaydığı xəbərdə Vəliullah Seyfin İran Milli Məclisinin yanında fəaliyyət göstərən İranın Ali Audit Məhkəməsi tərəfindən dövlət xidmətindən uzaqlaşdırıldığı və bu hökmün apelyasiya mərhələsində də təsdiq edildiyi barədə məlumat verib. Bu məlumat İranın məhkəmə orqanlarına bağlı olan “Mizan” agentliyi tərəfindən də təsdiqlənib.

 

Vəliullah Seyf 2 Sentyabr 2013-cü ildən 25 iyul 2018-ci ilə qədər İran Mərkəzi Bankını rəhbəri vəzifəsində çalışıb. O, İran valyutasının kəskin aşağı düşməsindən sonra öz vəzifəsindən getməyə məcbur qalmışdı. Lakin bundan bir ay sonra Həsən Ruhani tərəfindən prezidentin maliyyə və bank məsələləri üzrə müşaviri vəzifəsinə təyin edilmişdi. “Mizan” xəbər agentliyinin iddiasına görə, onun müşavir kimi işləməsi “qeyri-qanuni”dir.

 

Amerika Dövlət Departamentinin rəhbəri Mayk Pompey cari ilin iyun ayında İran rejiminin kəskin korrupsiyaya bulaşdığı və rejimin rəsmilərinin öz millətinin pullarını oğurladığını bildirmişdi.

 

Bundan bir müddət sonra isə İranın Ali Audit Məhkəməsi Mərkəzi bankın cari ilin yanvar ayında həyata keçirdiyi maliyyə fırıldaqçılıqlarının isbat olunduğunu və bu səbəbdən qurumun sədri Vəliullah Seyf və onun müavinlərinin öz tutduqları vəzifələrindən azad olunduqları barədə məlumat yaymışdı.

 

Bu səbəbdən Vəliullah Seyfinin İranın “valyuta müttəhimləri” adı altında başlatdığı cinayət işi üzrə ifadəsi alınıb və onun ölkədən çıxışına qadağa qoyulub. Ötən ay ərzində dəfələrlə Seyf barədə həbs qətimkan tədbirinin seçildiyi ilə bağlı məlumatlar yayılsa da, hər dəfə İran məhkəmə orqanları bu xəbərləri təkzib edib.

 

Qeyd edək ki, may ayında ABŞ-ın İranla 5+1 ölkələri arasında imzalanmış nüvə müqaviləsindən çıxdığını elan etməsindən sonra cari ilin yay və payız aylarında İran valyutası kəskin azalıb. Qərb İran rəsmilərini korrupsiyada ittiham edərək, bildirir ki, iranlı rəsmilər xalqın pulunu ölkə hüdudlarından kənarda fəaliyyət göstərən terrorçu qruplaşmaların maliyyələşdirilməsinə, eləcə də Bəşər Əsəd rejiminin qorunub- saxlanılmasına sərf edir. 

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar