İran Mərkəzi Bankının sədri tutduğu vəzifədən azad edilib

25.07.2018, 10:12

GünAzTV: İyulun 25-də İran prezidenti Həsən Ruhaninin başçılığı ilə keçirilən nazirlər kabinetinin iclasında İran Mərkəzi Bankının sədri Vəliyullah Seyf tutduğu vəzifədən azad edilib.

 

Ruhani hökumətində baş verən kadr dəyişikliyi, ölkədə iqtisadi durumun son dərəcə pisləşməsi, milli valyutanın dollarla nisbətdə dəyərinin kəskin düşməsi, ölkədə baş alıb gedən inflyasiya, qiymətlərdə müşahidə olunan kəskin artım və əhalinin buna mütəmadi etirazından az sonraya təsadüf edib.

 

Nazirlər kabinetinin qərarı ilə üç həftə əvvəl İranın Çində səfiri vəzifəsinə təqdim edilən Əbdülnasir Hemməti, İran Mərkəzi Bankının yeni sədri vəzifəsinə təyin edilib. İran prezidenti iclasda çıxış edərək deyib ki, Əbdülnasir Hemməti, iqtisadi məsələlərdə və bank sistemində yüksək təcrübəsi və biliyi olan güclü bir şəxsdir: “Ölkənin bank sistemində islahatların aparılması, yeni maliyyə siyasətin təyin olunması, dünya bankları ilə əlaqələrin yaxşılaşdırılması və inkişafı, banklararası qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və ölkənin milli valyuta fondunun qorunub saxlanılması İran Mərkəzi Bankının yeni sədrinin əsas prioritetlərindən biri olacaq”.

 

İran Mərkəzi Bankının yeni sədri Əbdülnasir Hemməti

 

Ruhani həmçinin İran Mərkəzi Bankının keçmiş sədri Vəliyullah Seyfin bu vəzifədəki fəaliyyətini müsbət qiymətləndirib: “Vəliyullah Seyf, lisenziyası olmayan maliyyə kredit müəssisələrinin fəaliyyətinin qarşısında dayanan sağlam və dəyərli bir müdirdir”.

 

Qeyd edək ki, ölkədə iqtisadi durumun son dərəcə ağırlaşmasının ardınca, son günlər İranın siyasi dairələrində Ruhani hökumətində kadr dəyişikliyinin qaçılmaz olduğu məsələsini gündəmə gətirmişdi.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Vladimir Putin İlham Əliyevə zəng edib, üçtərəfli razılaşmaların həyata keçirilməsi müzakirə olunub

2022-11-26

gun az article

Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun Ağdam və Xocavənddəki mövqelərini atəşə tutub

2022-11-26

gun az article

Sistan-Bəluçistan əyalətində tətil aksiyası başlayıb

2022-11-26

gun az article

NATO qoşunları Belarus və Rusiya sərhədində təlim keçirib

2022-11-26

gun az article

Robert Mali: "İnsan Haqları Şurasının İranla bağlı qətnaməsi təkcə Qərbin işi deyil, dünya bunu dəstəklədi"

2022-11-26

gun az article

Sloveniyanın baş naziri İran xalqının mübarizəsini dəstəkləyib

2022-11-26

gun az article

Fuat Oktay: "Türkiyə Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəkləyir”

2022-11-26

gun az article

Ordumuzun Daşkəsən, Kəlbəcər və Ağdamdakı mövqeləri atəşə tutulub

2022-11-26

gun az article

ABŞ institutu: “İran Rusiyaya ballistik raketlər göndərə bilər”

2022-11-26

gun az article

Zakir Həsənov Hulusi Akara başsağlığı verib: "Türkiyəni var gücümüzlə dəstəkləyirik"

2022-11-26

gun az article

Fransa İranda etirazçılara qarşı repressiyaları pisləyib

2022-11-26

gun az article

İranda 448 etirazçı öldürülüb

2022-11-26

gun az article

"İran qadınlara və etirazçılara qarşı hər cür zorakılığa son qoymalıdır"-Kanada XİN

2022-11-26

gun az article

Sistan və Bəluçistanda geniş etiraz aksiyaları keçirilib- Ölənlər var

2022-11-26

gun az article

Almaniyanın baş naziri İranın nüvə bombası əldə etməsinin qarşısının alınmasının vacibliyini deyib

2022-11-26

gun az article

SEPAH-a bağlı "Fars" xəbər agentliyinin saytı hakerlər tərəfindən dağıdıldı

2022-11-25

gun az article

İndoneziyada zəlzələdə ölənlərin sayı 310 nəfərə çatıb

2022-11-25

gun az article

İranın terror təhdidlərinə görə Mossad rəhbərlərinin mühafizəsi gücləndirilib

2022-11-25

gun az article

"Molla rejimi dalana dirənib"-Bəluç din xadimi

2022-11-25

gun az article

"İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik"-İlham Əliyev

2022-11-25