SON XƏBƏRLƏR

İran mətbuatı Ərazi Bütövlüyümüzü şübhə altına almağa çalışır

2021.10.20, 07:36
İran mətbuatı Ərazi Bütövlüyümüzü şübhə altına almağa çalışır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə,dərc olunan xəritələrdə daha çox ölkəmizin cənub bölgələri və Xəzərin su hövzələri İran əraziləri kimi göstərilir Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bu kimi əməlləri yolverilməz hesab edir. Tarixçi alim qeyd edir ki,İranla müştərək tariximizin olması həqiqətdir.Lakin bu əsas vermir ki,İrandakı bəzi qüvvələr mütəmadi olaraq Müstəqil Azərbaycan dövlətinin ərazilərilə bağlı tarixi saxtakarlıqlara yol versinlər.Ümumiyyətlə biz tarixi məsələləri bir qonşu kimi birlikdə araşdırmalıyıq.Tarixçilərimizin komissiyası olmalıdır.Amma bütün bu təkliflərimizə baxmayaraq elmi təkliflərimizə elmi cavab verilmir.Ancaq müəyyən siyasi məqsədnən bizim ərazilərimizin guya İrana məxsus olması iddialı çıxışlar ara vermir. İran saytlarında Azərbaycanın cənub əraziləri İranın şimalı kimi təqdim olunur. Xəzər dənizi Dəryayi Mazandaran kimi göstərilir. İranda dərc olunan bəzi xəritələrdə Azərbaycan əraziləri bu ölkənin sərhədləri çərçivəsində göstərilir.Təəccüblüsü isə həm də odur ki,bu xəritələrdə Ermənistan əraziləri olduğu kimi,hətta bəzi hallarda Azərbaycan əraziləri hesabına böyüdülmüş vəziyyətdə dərc edilib..Yeni gəlmişkən, əməkdaşlarımız belə bir xəritəni Bakı Metropoliteninin Elmlər Akademiyası stansiyasında lentə alıb. Sözügedən belə bir xəritə metro stansiyada qatarların hərəkət platformasında yerləşdirilən «İran İslam Respublikasının Azərbaycan Respublikasında 4-cü özəl sərgisi» ilə bağlı reklam lövhəsindəndir. Həmin lövhədə yerləşdirilən İran xəritəsində də Xəzərin Azərbaycana aid hissəsi İran ərazisi kimi göstərilib. Məsələyə ciddi etirazını bildirən AMEA-nın Müxbir üzvü Yaqub Mahmudov Azərbaycanın ərazi bütövlüyünə müdaxilə xarakterli materialların,xəritələrin xüsusilə Azərbaycanda yayımını yolverilməz hesab edir. Onun fikrincə bu cün materialların yayımından,satışından və reklamından öncə Baş Elmi İdarənin qrifinin, rəyinin alınması əsasdır. Sonda onu da qeyd etməyi lazım bilirik ki,AMEA Tarix İnstitutunun tarixi həqiqətlər əsasında dərc etdiyi «Qədim Azərbaycan dövlətlərinin atlası»na İran tərəfindən etirazlar olur, lakin bu ölkədə hazırlanan xəritələrdə Azərbaycan ərazilərinə müdaxilə hallarına göz yumulur. Təəccüblüdür,deyilmi?

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar