Güney azərbaycanlılar küçə lövhələrindən “Firdovsi”nin adını pozublar.
Gunaz.tv
Güney Azərbaycanın bir sıra bölgələrində ırqçı fars şairi Firdovsinin adının əks olunduğu küçə löhvələri ləğv olunub, bəzi lövhələrdə isə onun adı pozulub.
Bu, İran mətbuatında türklərə qarşı aşağılayıcı çıxışlara cavab və türk şəhərlərində küçələrə irqçı, anti-türk birinin adının verilməsinə etiraz olaraq həyata keçirilib.

Xatırladaq ki, bir müddət əvvəl Firdovsinin heykəlinin Makudan götürülməsini tələb edən iki vətəndaş jurnalist Yavər Sultani və Fərid Məhəmmədnejad barələrində çıxarılmış 4 ay həbs və 8 ay icrası sonraya nəzərdə tutulmuş həbs hökmlərinin icrası istiqamətində həbsxanaya salınıb.
Onlar yaydıqları müxtəlif məlumalarda dünyanın müxtəlif ölkələrində irqçi simaların heykəllərinin götürüldüyünü bildirərək İran rəsmilərini də ölkədə irqçiliyin banisi olan Firdovsinin Makuda qoyulmuş heykəlinin götürülməsini tələb edirdilər.
Bir neçə il əvvəl anti-türk şairin Salmasdan heykəlinin götürülməsi böyük səs- küyə və paniranistlərin qəzəbinə səbəb olmuşdu.
C.E

