SON XƏBƏRLƏR

İran məxfi nüvə obyektləri açmağa səy göstərir

2021.10.20, 07:36
İran məxfi nüvə obyektləri açmağa səy göstərir

Gunaz.tv
"İran məxfi nüvə obyektləri açmağa səy göstərir" irannuve.jpg ABŞ və AB bu ölkəyə qarşı yeni sanksiyalara əl atacaq ABŞ-ın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (MAQATE) nümayəndəsi, səfir Qreqori Şulte ilə Trend News-un Fars redaksiyasının müsahibəsində bildirib ki, MAQATE Baş direktorunun hesabatında müfəttişlərin neçə illər ərzində çoxsaylı mənbələrdən topladıqları informasiyalar təqdim olunub və burada nüvə silahının yaradılması üzrə işlərə cəlb olunan İran obyektlərinin siyahısı göstərilib: "MAQATE İdarə Heyəti üzvlərinin görüşündə Baş direktor Məhəmməd Əl-Bəradei İranın nüvə problemi ilə bağlı ciddi narahatlığını ifadə edib. Məhz bu görüşdə İranın MAQATE-dəki təmsilçisi Soltani ictimaiyyətin bu məsələ ilə bağlı fikirlərini başqa səmtə yönəltməyə cəhd göstərib. Azər O, İdarə Heyəti üzvlərini bu məsələni yenidən nəzərdən keçirməyə çağırıb, həmçinin, MAQATE müfəttişlərinin düzgün mövqe göstərib-göstərməmələrini sual altına qoymağa cəhd göstərib. Lakin MAQATE İdarə Heyətinin üzvləri çaşmayıblar, bu, bir faktdır ki, onlar Baş direktor Əl-Bəradeinin İranın MAQATE ilə mütləq əməkdaşlıq etməsi barədə fikirlərini bölüşürlər. MAQATE İdarə Heyətinin gözləməsi isə tam aydındır - İran nüvə sahəsində öz keçmiş fəaliyyətini tam aşkara çıxarmalı və MAQATE müfəttişlərinin mövcud faktların həqiqiliyini yoxlamağa imkan verməlidir". Qreqori Şultenin sözlərinə görə İran İsfahan və Natanz kimi yerlərdə bəzi məxfi nüvə obyektləri açmağa cəhd göstərir: "MAQATE İdarə Heyətinin bütün üzvləri İranın açıqlanmamış digər nüvə fəaliyyətinə də malik olmasından ehtiyatlanırlar. Bu, MAQATE Baş direktorunun İranı nüvə silahının yayılmamasına dair Əlavə protokolun (NSYƏP) müddəalarını yerinə yetirməyə çağırması səbəblərinin bir hissəsidir. Bu fakt MAQATE müfəttişlərinin əlavə faktlar əldə etməsinə də imkan verəcək. Onlar görürlər ki, İran BMT Təhlükəsizlik Şurasının Qətnaməsini pozaraq, nüvə texnologiyalarının hazırlanması üçün uranın zənginləşdirilməsini həyata keçirir. İranın texniki fəaliyyəti, sınaqları, tədqiqatları, təchizatları, həmçinin, nüvə texnologiyaları sahəsində tədqiqatların inkişafına dair müfəttişlərin topladığı məlumatları nəzərə alaraq, düşünürəm ki, biz hamımız olacaqlardan və ya artıq olanlardan narahatıq". Azərbaycanın MAQATE ilə əməkdaşlığına və 2009-cü ildə ilk Atom Tədqiqat Reaktorunu tikmək planlanlarına münasibətini açıqlayan Şulte ölkəsinin nüvə texnologiyalarının dinc istifadəsini dəstəklədiyini bildirib. Qreqori Şulte MAQATE-nin sentyabrda keçiriləcək baş konfransında İran problemi üzrə məsələnin aydınlaşacağına ümid bəslədiyini də dilə gətirib. Qeyd edək ki, dünən ABŞ və Avropa Birliyi İrana qarşı əlavə sanksiyaların tətbiq ediləcəyi ilə bağlı birgə bəyanatla çıxış ediblər. Bu qərar ABŞ-AB zirvə görüşü çərçivəsində qəbul edilib. Bəyanat müəllifləri İrana qarşı BMT sanksiyalarını əlavə vasitələrlə gücləndirməyə hazır olduqlarını da ifadə ediblər: "Biz birgə fəaliyyətimizi davam etdirəcək, İran banklarının beynəlxalq bank sistemindən yararlanaraq terrorizmi maliyyələşdirməsinə və dəstəkləməsinə imkan verməyəcəyik". Xarici siyasət üzrə Avropa komissarı Benita Ferrero-Valdner isə bəyan edib ki, atılacaq addımlardan biri də İranın Avropa Birliyi ərazisindəki hesablarının dondurulması ola bilər. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar