SON XƏBƏRLƏR

İran Milli Məclisində millət vəkilləri arasında qalmaqal yaşanıb

2021.10.20, 07:36
İran Milli Məclisində millət vəkilləri arasında qalmaqal yaşanıb

Gunaz.tv

GünAz: Yanvarın 28-də İran Milli Məclisinin plenar iclasında deputat Qasım Mirzayi Nikunun çıxışı zamanı qalmaqal yaşanıb.

 

Qasım Mirzayinin öz çıxışı zamanı İranda 2009-cu ildə keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz edən siyasətçilərin ev dustaqlığı ilə bağlı danışmağa başlayıb. Bu isə bəzi digər millət vəkillərinin kəskin etirazına səbəb olub.

 

Onlar şüarlar səsləndirərək, Mirzayini mövzudan yayınmama, bu cür məsələlər yerinə, xalqın iqtisadi problemlərindən danışmağa çağırıblar.

 

Əksəriyyəti mühafizəkərlardan ibarət olan deputatlar Milli Məclisin bütün komissiyalarını gündəmi dəyişmək üçün bu cür mövzuları müzakirə etməkdən çəkinməyə, ölkəni bürüyən iqtisadi problemləri həll etmək üçün çıxış yolu axtarıb tapmağa çağırıblar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar