SON XƏBƏRLƏR

İran nə üçün Tirəxtur Müsabiqələrini 3-cü kanaldan canlı yaymaq qərarına gəlib?!

2021.10.20, 07:36
İran nə üçün Tirəxtur Müsabiqələrini 3-cü kanaldan canlı yaymaq qərarına gəlib?!

Gunaz.tv
GünAzTv: İranın 3-cu telekanalı bundan sonra Güney Azərbaycanın Milli Komandası Tıraxtur Taxımının yarışlarını canlı olaraq yayacaq. Tıraxtur Komandasını hər cür sıxışdıran və tərəfdarlarını dəfələrlə tutuqlayıb həbsə alan İran hakimiyyətinin belə bir qərarı sual doğurur. SULDUZ saytı bu sualın cavabında belə bir yazı dərc edib : İranın bu qərarı GünAzTv-nin nüfuzunun artması ilə bağlıdır. Beləki GünAzTv Tıraxturun kechmish iki müsabiqəsini canlı yaydığına görə, millətimiz öz Milli Televiziyasına baxmasın deyə İran hakimiyyəti belə bir qərara gəlib. Yazının dəvamında Tehranda və Kərəcdə yaşayan soydaşlarımızın arasında GünAzTv-nin artan nüfuzundan bəhs edilir və İran Rejiminin bundan chəkindiyi bildirilir. qeyd olunur ki, GünAzTv keçənlərdə ancaq 3 həftə Hot Bird “Satellite”-da yayıldığı zaman çoxsaylı soydaşlarımızın Tehran və ətrafından zəng etməsi onların içində milli hərəkatın genişlənməsini göstərir. Buda İran rejimini vahiməyə Salır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar